beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucla əlaqəli fətvalar (10-cu hissə)

Oruc tuanın damağından çıxan qan onun orucunu batil edirmi?

1.Sual: Oruc tuanın damağından çıxan qan onun orucunu batil edirmi?
Cavab: dişlərdən çıxan qan oruca təsir etmir. Amma onu udmaqdan bacardıqca çəkinmək lazımdır.

2.Sual: Heyzli (aybaşı) olan qadın sübh namazından əvvəl heyzdən kəsilərsə sonra sübh namazının vaxtı çıxandan sonra qüsl alarsa onun orucunun hökmü nədir?
Cavab: Əgər onun heyzi sübh namazından əvvəl kəsiliblə orucu doğrudur. Əhəmiyyətli olan odur ki, qadın tam əmin olmalıdır ki, artıq o hezdən kəsilib. Buna görə də qadınlar Aişənin yanına gələr və pambıq gətirərdilər ki, Aişə baxsın görək heyzdən təmizlənib ya yox!? Aişə isə onlara belə deyərdi: "Siz tələsmətin, hətta ağ su görənədək gözləyin". Qadın heyzdən kəsilməsinə tam əmin olmalıdır. Əgər o heyzdən kəsilibsə bu zaman oruca niyət edə bilər hətta sübh namazının vaxtı çıxandan sonra qüsl alsa da onun orucu düzdür. Amma belə hallarda gərək qüslü tez alasan ki, sübh namazını vaxtı çıxmadan qıla biləsən.

3.Sual: Qusmaq orucu pozurmu?
Cavab: Bilərəkdən özünü qusdurmaq orucu pozur. Bilməyərəkdən qusmaq isə orucu pozmur. Buna dəlil Əbu Hureyrənin (Allah ondan razı olsun) hədisidir. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "kim qusarsa o orucunu qəza etmir, kim ki, bilərəkdən özünü qusdurarsa orucunu qəza etsin"

4.Sual: Oruclu adam diş çəkdirə bilərmi?
Cavab: Oruclu olarkən diş çıxartmaq olar və bu zaman gələn qan orucu batil etmir.

5.Sual: Oruclu adam müayinə üçün qan verə bilərmi?
Cavab: Bəli, bunun oruca heç bir təsiri yoxdur.

6.Sual: Oruc tutan istimna (onanizm) edərsə orucu batil olurmu? Bu adam kəffarə də verməlidirmi?
Cavab: Oruclu adam istimna edərsə orucu batil olur. O, bu günün əvəzinə bir gün qəza etməlidir. Amma buna görə kəffarə düşmür. Çünki kəffarə yalnız cinsi əlaqədə olmaqla vacib olur. Həmin bu adam etdiyi işə görə tövbə etməlidir.

7.Sual: Buruna, qualğa və gözə tökülən damla orucu batil edirmi?
Cavab: Əgər buruna tökülən damla mədəyə gedərsə bu onun orucunu batil edir. Amma mədəyə getməyən damla isə orucu batil etmir. Buna görə də oruclu adam onun mədəsinə yetişəcək qədər damla tökməməlidir. Əksinə az miqdarda tökməlidir ki, onun mədəsinə getməsin. Bunun dəlili Peyğəmbərin ona Allahın salavatı və salamı olsun bu hədisidir: "Oruclu olmaqığın vaxt burnunu dərindən təmizlə". Amma qulağa və gözə tökülən damlalar, gözə sürtülən sürmə və s. isə orucu batil etmir. Çünki bu kimi şeylərə dəlil yoxdur və bu orqanlar yeyib içmək orqanları sayilmir.

8.Sual: Oruclu olarkən sərinlənməyin hökmü nədir?
Cavab: Oruclu olarkən sərinlənmək olar. "Peyğəmbər ona Allahın salavatı və salamı olsun oruclu olarkən sərinlənmək üçün və susuzluğu yatırmaq üçün başına su tökərdi". Həmçinin Ibni Ömər (Allah ondan razı olsun) susuzluğun və istinin qarşısını almaq üçün paltarını yaş edərdi. Ümumiyyətlə rütubət oruca təsir etmir. Çünki rütubət su kimi mədəyə daxil olmur.

9.Sual: Oruclu adam ağzını və ya burnunu yuyarkən mədəsinə su gedərsə bu onun orucunu pozurmu?
Cavab: Belə halda oruc batil olmur. Çünki o bunu qəsdən etməyib.

10.Sual: Burundan açılan qan orucu pozurmu?
Cavab: Burundan açılan qan orucu pozmur, çünki bu onun öz ixtiyarı ilə olmur.

11.Sual: Bir kəs hava limanında olarkən azan oxunur və o orucunu açır, sonra təyyarə havaya qalxandan sonra günəşi görür. Belə olan halda yemək-içməyi dayandırmalıdırmı?
Cavab: Belə olan halda yemək-içməyi dayandırmaq lazım deyil. Çünki iftar vaxtı onlar yerdə idilər. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Gecə bu tərəfdən gəldikdə, gündüz isə bu tərəfdən getdikdə və günəş batdıqda oruclu orucunu açır". Hava limanında iftar edən adamın günü bitmişdir. Günü bitmişdirsə deməli yemək-içməkdən imtina sabahkı gün olacaqdır. Həmçinin o, iftarını şəriətə uyğun olan dəlillə açmışdırsa, yenidən belə halda oruca davam etmək üçün də şəriətə uyğun dəlil olmalıdır.


Tarix: 04.05.2013 / 17:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 347 Bölmə: Ramazan