Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruc və Sağlamlıq

İbadətlərin əsasında bu ibadətin ancaq və ancaq Allah rizasi üçün edilməsi dayanır. Orucla sahib olduğumuz nemətlərin qiymətinin daha yaxşı anlayırıq. Yaz günlərində oruc tutan üçün, bir stəkan su nə qədər qiymətli bir nemətdir. Axşama doğru bir kasa şorbanın, bir parça quru çörəyin nə qədər böyük bir nemət oluğunu ancaq oruclu insan daha yaxşı anlayır. Oruc tutmaq insana səbr etməyi öyrədir, səbrsizliyin və təhəmmülsüzlüyün bir dərmanı da orucdur. Oruc tutan zəngindirsə, aclığın nə olduğunu, kasıbların çətin vəziyyətlərini daha yaxşı başa düşür. Onlara yardım əlini daha geniş açır. “Vücudun zəkatı orucudur.” (İbn Macə)

Oruc tutmaq təhəmmülü çətin olan ibadətdir?
Vücud öyrəşmişdirsə, orta hesabla 60-70 gün qədər aclığa, bir həftə müddətinə susuzluğa təhəmmül edə bilər. Təzyiq ilk günlərdə xəfif şəkildə aşağı düşür. Bunlar oruca, yəni qismi aclığa olan alışma yəni adaptasiya hallarıdır. Hər yemək vücud üçün bir yorğunluğun başlanğıcıdır. Uca Yaradan, 11 ay fasiləsiz işləyən vücuda ilin bir ayında, yəni Ramazanda müvəqqəti bir istirahət verir. Qaraciyər 24 saat işləməzsə insan ölür. Oruc halında qaraciyərin yükü azalır, vücudda toksid, yəni zəhərli maddələrdən təmizlənmə imkanı artır. Oruclu insanın vücudu maddi olaraq da təmizlənir.Oruc əsnasında qaraciyərin yükü azaldığı üçün ölü və ölməkdə olan hüceyrələrin təmizlənməsi asanlaşır və tezləşir. Allahın əmri olan orucun tutulması ilə, insan vücudu, azalan hüceyrələrin təmizlənməsi və onların yerinə yeni hüceyrələrin gəlməsiylə gəncləşir. “Vücudun zəkatı orucdur.” hədisini və zəkatın lüğəvi mənasının təmizlənmə olduğunu xatırlayanda hikmət daha yaxşı aydınlaşır.

Oruc bıçaqsız əməliyyatdır
Günümüzdə bəzi qərb məmləkətlərində orucla müalicə tətbiq edən klinikalar mövcuddur. Bəzi xəstəliklərə qarşı oruc tutmağı müalicə edici bir dərman kimi istifadə edən bir çox qərb həkimləri vardır. Xəstə əməliyyatdan altı saat əvvəl və əməliyyatdan altı saat sonra ac saxlanılır. Bu zaman əməliyyatdan sonra orqanizmdə qalıqlaşmış bütün zərərli maddələr vücuddan xaric olur. “Oruc bıçaqsız əməliyyatdır.” (Geffory M.R. : Le jeune (müalicə vasitəsi olaraq oruc- Tərcümə edən: İbrahim C.) kitab, Ərzurum, 1978)

Oruc tutanın qəlbi istirahət edir
Oruclu ikən, əsasən günortadan sonra qəlb olduqca rahat vurur, heç bir çətinlik çəkmir. Oruclu insanlarda qəlb bir gündə təxminən 15 000 dəfəyə qədər az vurur. Daha çox istirahət edən qəlb, daha qüvvətli olur.

Köklük
Köklük, bir çox xəstəliklərə səbəb olur. Qəlbə ağır bir yük gəlir. Həmçinin qəlb və damar xəstəlikləri, təzyiq yüksəkliyi, şəkər xəstəliyi, beldə və dizlərdə ağrılar kimi bir çox problemlər kök insanlarda görünür. (New england J of Medicine, 343: 1888, 2000 ) İbn Sina; “ Bütün xəstəliklər yeyilən və içilən şeylərdən gəlir.” söyləmişdir. Ən öndə gələn ölüm səbəbi qəlb və damar xəstəlikləridir. Oruc insanı artıq yemək yemək alışqanlığından qoruyur. Oruclu insanın damar sərtliyi, yəni yağ artıqlığı azalır. Oruc damar sərtliyi və onun arxasından gələn yüksək təzyiq, qəlb xəstəlikləri, bəzi böyrək xəstəliklərinin qarşısını alır. Oruclu insan zəif və aciz olduğunu anlayır. Hər üzvünə özünə məxsus şəkildə oruc tutdurmalıdır. Məsələn dili yalandan, qeybətdən, gözü haram şeylərdən qorumaq kimi. “Oruclu yalan və yalançılıqla iş görməyi tərk etməzsə, yeməyi içməyi saxlayıb ac durmasın. Allah nəznində heç bir qiyməti yoxdur.” buyurlumuşdur. (Buxari, Müslim) Bizdən uzun müddət deyil, ildə bir ay o da günün bəlli saatlarında və yenə öz mənfəətimiz üçün oruc tutmağımız istənilmişdir. Allahui Təala Bəqərə surəsi 184 ayəsində buyurmuşdur: " Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!” Ramazan ayında intiharların, intihara bənzəyən davranışların da azaldığı müşahidə olunmuşdur. ( Daradkeh T K : parasuicide deruing ramadan in jordan. Acta Pyschiatrica scandinavica,86(3) :253-4,1992-Sadeghipour H, et al: the effect of ramadan on the number of suicidal intoxication. Iranian J of Endocrinology and Metabolism (IJEM). Abstract book the Congress on health and ramadan, October, 2001, p.31)

Orucla əlaqəli elmi işlər
Bir çox elmi işlər qandakı yağların, xolestirolun səviyyəsinin oruc tutmaqla düşdüyünü göstərmişdir.( Roky R. və dostları, sağlamlıq və Ramazan ilə əlaqəli ikinci millətlərarası konqres kitabı, 1997, s:87). Orucla qəlb ağrısı (angina) və hiper təzyiqin düşdüyü məruzə edilmişdir. İftarda və səhurda bol miqdarda yağlı və şirin qida qəbul edənlərdə, yağın qandakı səviyyəsinin artması normal nəticədir. İslami orucda qidalanma pozğunluğu olmur və ya orqanizmə heç bir fəsad törətmir. (Shahid ATHAR M.D: Dept. Of Medicine and Endocrinology, St. Vincent Hospital. Indiana Universty, Indianapolis, Indiana U.S.A - http://www.al-muslim.org-ramad ... .html) Ramazan ayında tutlan oruc insulindən asılı olmayan şəkər xəstəliyinin, köklüyün və təzyiqin stabil (sabit qərarlı) zərərsiz hala gəlməsi üçün ideal bir sağlamlıq tövsiyəsi ola bilər.1994- cü idə Mərakeşin Kasablanka şəhərində “Sağlamlıq və Ramazan” Müsəlman və qeyri müsəlman, dünyanın hər tərəfindən gələn tədqiqatçılar 50-yə qədər tədqiqatı təqdim etdilər. Orucun hər hansı bir xəstəni və ya tibbi vəziyyəti daha ağır vəziyyətə gətirən hər hansı nəşr təbliğ edən olmadı. (“Sağlamlıq və Ramazan” Birinci Millətlərarası Konqress, Kasablanka, 1994) . Həssas bağırsaq sindromu, qəbizliyi olanlardan oruc tutanların bir qisminin, Ramazan ayında şəfa tapdıqları aydın olmuşdur.( Afifi Z E M : Daily Practies, Study performance and health during the ramadan fast. J of Royal Society for health, 117(4):231-5. 1997) Ramazanda gün keçdikcə oruc tutanların acmaq hissinə alışdıqları müşahidə olunmuşdur.( Finch G M, et al : Appetite Changes under free- living conditions during Ramadan Fating. Apeetite,31 (2) :159-70,1998) İnsna Ramazan ayında oruc tutarkən, səhurda və iftarda yediyi qidalardan asılı olaraq, çəki eyniylə saxlana bilər, çəki artar və ya azala da bilər. Bununla da, Ramazanda oruclu ikən, iftarda və səhurda qəbul edilən qidaların, oruc tutan şəxslərin enerji ehtiyaclarına artıqlaması ilə yetərli olduğu sübuta yetirilməkdədir. Ramazan ayında içkiçi insanların çox az hissəsi oruc tutur. (37%). Tədqiqatçılar tədqiqatların nəticəsi olaraq içkini tərk etməkdə inancların vacib rolu olduğunu xatırladaraq, içkini tərk etmək üçün inancların vacib olduğunu vurğulamışlar. Dini inancların insanları zərərli alışqanlıqlarını tərk etməyində və bu alışqanlıqlardan qorumağında önəmli rolu vardır. Qurani Kərimdə buyurlumuşdur: " Onun məğfirətini istə, şübhə yox ki, Allah tövbələri qəbul edən, günahları əfv edəndir.”

Siqaret – Səbr
Siqareti tərk etməkdə ən əsas faktor şəxsin iradəsinin gücüdür. İnsanın nəfsinə və iradəsinə ən çox hakim olduğu zaman Ramazan ayıdır. “Aylarca necə səbr edəcəyəm?” deyib mövcud olan səbrinizi başqa zamanlara sərf etməyin. Səbrdə sadəcə yaşadığınız günü, hətta yaşadığınız o saatı düşünün. Yəni: “Mən bu an siqaret çəkmədən səbr edə bilərəmmi?” deyə özünüzdən soruşun. Ramazan ayında siqareti tərk etməyə təşəbbüs edən və müvəffəq olanlar çoxdur. ( Afifi Z E M : J of roya .society for Health :117 -4- 231-5, 1997 )

Oruc tutanlarda görünən fizioloji dəyişikliklər
Oruc tutmağın tənəffüs fəaliyyətində hər hansı vacib dəyişikliyə yol açmadığı anlaşılmışdır.( Duncan M T et al: ventilatory function in Malay Muslims during normal activity and the Ramadan fast. Singapore Med J,31 (6) :543-7.1990- Ghamdi B, Nwoye L O: Effects of Ramadan fasting on respiratory test in normal voluntees. Proceedings of the Second Interntional Congers on “ Health and Ramadan”, İstanbul ,1997, p.67 ) Oruc tutmaq, hafizə, dərk etmə, qavrama ilə əlaqəli fəaliyyətlərə zərər vermir. (Roky R, et al :Ann of nutr and metab, 44 -3- :101-7, 2000 - Haouari M , Health and Ramadan, 1997,p.65) Suriyada aparılmış bir tədqiqatda, oruc tutanlarda mexanik səbəblərdən irəli gələn bel ağrıları daxil , bel ağrıları olan bir çox xəstlərin səhhətinin düzəlməsində orucun faydalı təsirləri görünmüşdür. İltihabi səbəblərlə bel ağrısı olan xəstələrdə bu yaxşılaşma daha aşkar idi. (Karadan A N , “ Health and Ramadan”, İstanbul ,1997, p.66)
Ramazan ayında tutulan orucun qandakı şəkərin, keratinin, ALP (alkalen fosfataz), ALT (alanin amino transferaz) ve AST (aspartat amino Trasferaz ) miqdarına göstərdiyi təsir 100-ü kişi, 100-ü qadınlarda olmaqla yoxlanılmışdır. Bu miqdarda kiçik dəyişikliklərin olmasına baxmayaraq, nəticələr daim normal hüdudda qalmışdır.( Siahkolah B Əzizi F: The effect of fasting on blood sugar, creatinine and hepatic enzymes during ramadan. Iranian J of Endocrinology and Metabolism (IJEM). Abstarct Book The Congress on Health and Ramadan, October, 2001, p.30.)

Oruc və həzm sistemi
Oruc şübhəsiz ki, yetkinlik yaşına çatmış və səhhəti normal olan insanlara fərzdir. Xəstəlik oruca maneədirsə oruc tutulmur. Xora çox zaman mədədə və on iki barmaqda meydana gələn yaradır. 1992-ci ildə mədə xorası xəstəliyindən əziyyət çəkən 7 nəfərdə tədqiqat aparılır, axşama qədər, yəni iftar saatına qədər ac qalmağa niyyət edən şəxslərin, xorası olsa belə rahat vəziyyətdə olduqları görünmüşdür. Mədədəki turşu ifrazatı günorta saatlarında azalmışdır. Oruc tutmağın mədə xorası xəstəliyini meydana gəlməsində rolu olan mədədəki turşu ifrazına yol açacağını söyləmək doğru olmaz. Tunisli bir tədqiqatçının tədqiqat qrupunda 57 xəstəyə hər gün 30 mqr lansoprazol verilir.olur. 27-si oruc tutmadı, 30 nəfər isə oruc tutdu. Nəticədə oruc tutanlar və tutmayanlar arasında heç bir fərq görünmədi. Oruc tutmayanlarin 88,8%-i, oruc tutanların isə 90%-i şəfa tapdı. Bu səbəblə mədə xorası xəstəliyindən əziyyət çəkənlər rahatlıqla oruc tuta bilərlər. ( Mehdi A, Ajmi S , Gastroenterol clin Biol, 21- 11- :820-22, 1997

Oruc tutan şəkər xəstələri
İslami orucdakı aclıq müddəti hormonların qandakı səviyyələrində hər hansı bir dəyişikliyə yol açacaq qədər uzun deyildir.( Əzizi F : “health and ramadan”. P.39, İstanbul, 1997.) Ramazanda qandakı şəkərin səviyyəsində çox kiçik miqdarda artmaq, azalmaq müşahidə olunsa da, əsasən qandakı şəkər normal səviyyədə qalır. (Əzizi F: the blood glucose in health and diabets during ramadan. Proceedings of the 2nd ınternatıonal congress on “health and ramadan”. P.40, İstanbul, 1997) İnsulinin miqdarında Ramazan ayında normal günlərdə çox fərq olmadığı görünmüşdür.( Marniche D, et al : effect of fasting and refeeding during ramadan on glucoregulation. Proceedings of the 2nd ınternatıonal congress on “health and ramadan” .p.125, İstanbul 1997 )

Hansı hallarda şəkər xəstələri üçün oruc təhlükəlidir?
Hamilə olmamalıdır, körpə əmizdirməməli, şəxsin çəkisi normal, qandakı şəkərdə böyük fərqlər müşahidə olunmamalı, xəstələrin ağır hiper təzyiq kimi ikinci bir ağır xəstləiyi olmamalıdır. Vücuddakı pəhrizə cavab verməlidir. Qandakı şəkərin səviyyəsi düşməyən II Tip şəkər xəstələri pəhrizə diqqət edərək və dərmanlarını səhurda və iftarda müntəzəm şəkildə qəbul edərək oruc tuta bilərlər. Ramazanda dərmanı gərəkdirsə səhurda və iftarda qəbul etməlidirlər; dərmanları səhurda imsakdan əvvəl, axşam isə iftar zamanı yeməkdən əvvəl qəbul etməkləri tövsiyə olunur. İnsulin bağımlı şəkər xəstələrinə oruc tutmaq tövsiyə olunmur.( Əzizi F : “health and ramadan”. P.40, İstanbul, 1997.)



Ramazan ac qalmaq ayı deyil, səbr ayıdır.
" Elə oruc tutanlar vardır ki, orucundan özlərinə ac və susuz qalmaqdan başqa bir şey yoxdur." (Buxari-Müslim)


Tarix: 04.05.2013 / 18:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 589 Bölmə: Ramazan
loading...