beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mübarək Ramazan 11 aya rəhbər olsun!

Ramazan bütün bərəkətiylə və mənəviyyatı ilə gəldi; amma Ramazan ayı bitdiyi üçün o mənəvi atmosfer onunla birlikdə keçib getməməlidir. Ramazanda qazandığımız gözəl xasiyyətləri, xoş adətləri, gələcək günlərdə də davam etdirməyə çalışmalıyıq. Allah bu işdə hamımıza asanlıq nəsib etsin. Ömrümüz kimi hər Ramazan başlanğıcında sanki, çox uzun olacaqmış kimi gəlir. Amma ömür də, Ramazanlar da gəlib keçir. Çünki, günlər “sayılan” günlərdir. Gələcək Ramazan ayına kimlərin çata biləcəyini heç bilmirik. Bu il sevinc içərisində birlikdə iftar etdiyimiz, məscid-məscid gəzdiyimiz, birlikdə Quran oxuduğumuz dostlarımız, yaxınlarımız, bəlkə də, elə özümüz növbəti Ramazana çata biləcəyikmi? Əlbəttə ki, bilmirik. Öz ölümünü və hesab verəcəyini düşünən insanın imanı qəflət içindəki insanlardan daha qüvvətlidir.

Axirətə iman necə büllurlaşır?

Hamımız öldükdən sonra diriləcəyimizə inanırıq. Allahın bir olduğuna, bənzəri olmadığına, onun tövbəkar qulları üçün “Cəmil”, günaha batmış qulları üçün isə “Cəlil” və “Ğafur” olduğuna iman edirik. Amma bu qədər imanımıza rəğmən yenə də müyyən yerlərdə günah işlədə bilirik. Əslində bir insanın axirətə olan imanının sağlamlığı xeyirlərə və ibadətlərə sevinclə qaçması və ya bir günahla qarşılaşdığı zaman ildırım vurmuş kimi ondan ürküb qaçmasıyla doğrulanır.
Əlimiz uzananda əgər, “Dur!Alma! Axirət var!, gözümüz dönənədə, “Dur”, baxma, axirət var!, dilimiz dönəndə, “Sus, axirət var! Səsləri mənliyimizi həmin an bürüyə bilirsə, salavat gətirib, tövbə, istiğfar edə biliriksə, demək imanımız yetəri qədər sağlamdır. Amma bu halı bir kərə bacarmayanda, lənətlənmiş şeytanın, “Sən bu işi etməzsən, edə bilmədin!”, ya da bacaranda, “Bəli, sən etdin, sən ən yaxşısını edənsən, ən gözəl namazı sən qılırsan, bax, başqalarına, onlarınkı namazdır?” sözlərinə aldanmamaq gərəkdir.

Ramazana hər zaman “11 ayin sultanı” deyirik. Ramazanda etdiklərimiz digər 11 aya rəhbər, örnək olmursa, sadəcə “Ramazan müsəlmanı” oluruqsa bu, axirət xoşbəxtliyinə nail olmaq üçün yetərlidirmi?
Gəlin, hər bir ayımız Ramazandan bir işıq daşısın. Bu ayda ibadətlərə daha çox yönəldik. Gündüzləri oruc tutduq, Quran oxuduq və dinlədik. Fəqir-fuqarayı anladıq, məmun etdik. Önümüz qış, günlər qısa, hələ ən azından bazar ertəsi və cümə axşamı günləri oruc tuta bilərik. Orucluyuq deyə qeybət, yalan, pis söz və bəddua kimi pis şeylərdən uzaqlaşdıq. Artıq oruclu deyilik deyə əsla bunları təkrarlamalı deyilik. Küskünlükləri, düşmənlikləri aradan qaldırdıq, əgər belədirsə nə gözəl. “Kaşkı, Mübarək Ramazan ayı davam etsəydi” deyə biliriksə, nə xoşbəxt müsəlmanlarıq. Amma “Yaxşı ki, bitdi, indi əvvəlki proqrama davam” deyiriksə nə yazıq. Demək ki, Ramazan bizim üçün “Sultan” ola bilməmişdir. Demək ki, Ramazan bizim üçün əslində heç gəlməmişdir. Yenə də hələ gec deyil, hələ də tövbə edib, könlümüzü Onun, Rəbbimizin yoluna döndərmək üçün fürsətimiz var. “Ya Rəb, qəlbimi yoluna döndər, qəlbimi Rəsulunun sözüylə isit, dini və dünyəvi işləri mənə asan göstər. İnsandan və cindən olan şeytanların şərindən məni qoru!” deyə tövbə edib yardım istəyə bilərik Uca Yaradanımızdan.
Yetkin müsəlmanın halı, Ramazan ayında necədirsə, Ramazan xaricində də, eyni ciddiyyətdə olmalıdır. Yalnız bayramlarda məscidlərə gəlməli deyl, eyni ruhda hər zaman ibadət etməliyik. Ramazan ayı on bir ayın sultanı və ayların ən fəzilətlisidir. Bu ayda Quran nazil olmuş və ay boyu Quran oxumaq fərz qılınmışdır. Dua edək ki, Allahu Təala bizləri sonrakı Ramazanlara çatdırsın.Amin.


Tarix: 04.05.2013 / 17:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 217 Bölmə: Ramazan