beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Orucu batil edən amillər

• Sual: Orucu batil edən şeylər hansılardır?
• Cavab: Orucu pozan şeylər bunlardır:
A. Cinsi əlaqədə olmaq.
B. Yemək.
C. Içmək.
D. Şəhvət ilə məni (sperma) çıxartmaq.
E. Yemək və içmək mənasında olan şeylər.
F. Qəsdən qusmaq.
G. Heyz (aybaşı) və ya nifas (doğuşdan sonra) qanının çıxması.
Deyilən bu şeylər üç şərt əsasında olmalıdır ki, orucu batil etsin.
A. Elm.
B. Xatırlamaq.
C. Qəsd.
Birinci şərt elmdir və onun mənası: Həmin əməli edən adam, bu şəriət hökmünü və onun vaxtını bilməlidir. Əgər o bunları bilməzsə və xəta edərsə onun orucu düzgündür. Bu haqda Allah təalə buyurur: "Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!". Həmçinin bu haqda səhih sünnətdə də hədislər gəlmişdir və belə hədislərdən Ədiyy ibn Hatimin (Allah ondan razı olsun) hədisidir. "O gecə yatarkən yastığının altına iki ip qoyur və səhər orucunu tutmaq üçün götürdüyü ağ ipi qara ipdən seçənədək yeyib içir. Sonra səhər açılanda Peyğəmbərin ona Allahın salavatı və salamı olsun yanına gəlir və etdiyini ona danışır. Peyğəmbər ona Allahın salavatı və salamı olsun Quran ayəsindəki ağ ipin qara ipdən seçilməsi gördüyümüz və işlətdiyimiz ipin olmamasını ona bildirdi və burada ağ ip deyildikdə gündüzün işığı, qara ip deyildikdə isə gecənin qaranlığı nəzərdə tutulur deyərək cavab verdi". Səhabənin belə etməsinə baxmayaraq Peyğəmbər ona Allahın salavatı və salamı olsun ona orucu qəza etməyi əmr etmədi. Çünki o hökmü bilmirdi və ayənin mənasını da etdiyi kimi başa düşmüşdü. Amma vaxtı bilmədən orucunu açarsa bu haqda da hədis vardır. Buxari öz səhih kitabında Əsma binti Əbu Bəkrdən (Allah ondan razı olsun) rəvayət edərək deyir: "Biz Peyğəmbərin ona Allahın salavatı və salamı olsun vaxtında buludlu gündə iftar etdik və sonra günəşi gördük". Buna baxmayaraq Peyğəmbər ona Allahın salavatı və salamı olsun onlara orucu qəza etməyi əmr etmədi. Həmçinin bu məsələyə oxşar başqa bir məsələdə vardır, məsələn: bir kəs gecə oyanıb yeyib-içir sonra baxır ki, artıq sübh namazının vaxtı çoxdan daxil olub belə olduqda bu kimsə qəza etmir çünki o vaxtın daxil olmasını bilmirdi.
Ikinci şərt xatırlamaqdır və bu da unutmağın əksidir. Əgər bir kəs unudaraq yeyib-içərsə onun orucu düzdür və qəza tutmağa da gərək yoxdur.
Üçüncü şərt isə qəsddir: Bunun mənası, insanın vaxtından əvvəl etdiyi iftarın ixtiyari olmasıdır. Əgər insan iftarı qeyri ixtiyari, yəni məcburi olaraq edərsə onun orucu doğrudur. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurmuşdur: "Ümmətimə xəta etdiyi və unutduğu, həmçinin məcburi edilən şeylərə görə günah yazılmır". Elə buna görə də oruc tutanın boğazına külək zamanı torpaq girər və torpağın dadını boğazında hiss edər, torpaq onun mədəsinə daxil olarsa onun orucu pozulmur. Çünki o, bunu qəsdən etməyib. Həmçinin onu oruc açmağa məcbur etsələr, bu məcburiyyəti götürmək üçün oruc açarsa onun orucu batil olmur və yenə də orucuna davam edə bilər. Çünki bu iş onun öz ixtiyarı ilə olmayıb. Həmçinin yuxuda olarkən ihtilam (yuxu görərək cənabətli) olarsa onun orucu doğrudur. Çünki yatan adamın heç bir qəsdi yoxdur. Həmçinin kişi öz qadınını məcbur edərək cima (cinsi əlaqə) edərsə qadının orucu doğrudur çünki onun heç bir ixtiyarı yoxdur.
Burada əhəmiyyətli bir məsələ var. Kişi öz qadını ilə oruc zamanı cinsi əlaqədə olarsa onun üzərinə beş şey düşür.
1. Günah.
2. Günün qalan hissəsində oruc tutmaq.
3. Orucunun batil olması.
4. Orucun qəza edilməsi.
5. Kəffarə (bağışlanma) vermək (iki ay ardıcıl oruc tutmaq).
Amma bu cinsi əlaqəni səfərdə olan adam edərsə onun üzərinə yalnız qəza düşür və kəffarəsi yoxdur. Çünki müsafir adam istəsə oruc tutar və ya iftar edib sonra orucunu qəza edər.


Tarix: 04.04.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 373 Bölmə: Ramazan