beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan kəlməsi

Ramazan ərəbcə bir kəlmədir. Qəməri aylardan doqquzuncusunun adıdır. Ramazan kəlməsinin mənası və bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə açıqlanmışdır:

a- Ramazan, yazın sonunda qızılgül mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağmur mənası “ramda” kəlməsindən alınmışdır. Bu yağmur yer üzünü təmizləyir. Bunun kimi Ramazan da möminləri günahlardan təmizləyir, qəlbləri pak edir.
b- Bir izaha görə günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasında olan “ramad” kəlməsindən alınmışdır. Belə qızğın yerdə gəzənin ayağı yanar, zəhmət, məşəqqət çəkər. Bunun kimi oruc tutan da aclıq və susuzluq hərarətinə qatlanar, zəhmət, məşəqqət çəkər, içi yanar.
Yaxud qızğız yer ayaqları yandırdığı kimi Ramazan da möminlərin günahlarını yandırar, yox edər. Həmçinin Ənəs bin Malikdən (r.a.) rəvayət edilən bir hədisi şərifdə Hz. Peyğəmbər (S.A.V.) “Bu aya Ramazan adının verilməsi günahları yandırdığı üçündür.” deyə buyurmuşdur.
Bu halda mübarək Ramazan ayında oruc tutan və ixlasla tövbə edən möminlərin günahları yanar, beləcə günahlardan uzaqlaşar, təmiz olarlar.
c- Qılıncın tiyəsini və ya oxun ucundakı dəmiri kəskinləşdirmək üçün iki daşın arasına qoyub döymək mənasına gələn “ramd” kökündən alınmışdır. Bu aya Ramazan adının verilməsi həmçinin ərəblərin bu ayda silahlarını hazırladıqlarından dolayıdır.
Razaman ayı rəhmət və məğfirət ayıdır. Allahın lütfü və ehsanı, rəhmət və məğfirəti və bərəkəti hər yeri bürüyər.
Daha əvvəlki peyğəmbərlərə və ümmətlərinə verilməyən fəzilətlər Ramazan ayında bizim peyğəmbərə və bizim ümmətimizə verilmişdir. Peyğəmbərimiz bir hədisində ümmətinə verilən beş şeydən bəhs edərək belə buyurmuşdur.
"- Ümmətimə Ramazanda beş şey verilmişdir ki, bunlar məndən əvvəlki heç bir peyğəmbərə verilməmişdir:
1- Ramazan ayını ilk gecəsi Allah Təala ümmətinə (rəhmət baxışıyla) baxar. Allah hər kimə (rəhmət baxışıyla) baxarsa, ona əbədi əzab verməz.
2- İftara yaxın, axşam vaxtı ağızlarının qoxusu Allah qatında müşk qoxusundan daha gözəl olar.
3- Mələklər hər gün və gecə onlar üçün istiğfar edərlər, Allahdan bağışlanma diləyərlər.
4- Allah Təala cənnətinə əmr edib: “Qullarım üçün hazırlanıb bəzən. Onların dünya məşəqqətlərindən qurtulub, mənim yurduma və ehsanıma istirahət üçün gəldiyi vaxt yaxınlaşdı.” buyurur.
5- Gecənin sonu olanda, Allah (c.c.) hamısını bağışlayar. Orada olanlardan biri:
"- O gecə Qədr gecəsidirmi?" deyəndə:
Xeyr, çalışanları görmürsənmi? Onlar çalışıb, işləri bitincə özlərinə haqları tam olaraq ödənir." buyurdu.
İbadət Mövsümü hər ay ibadət ayıdır. Mömin Allahın, “Sənə ölüm gəlincəyə qədər Rəbbinə ibadət et” əmrinə tabe olaraq ölənə qədər ibadət etməyə davam edər. Ancaq Ramazan ayı daha çox ibadət olunduğu bir aydır, adətən ibadət mövsümüdür. Bu ayda nələri edəcəyimizi belə sıralanmaq mümükündür:
a- Hər şeydən əvvəl Ramazan ayında fərz olan orucu əskiksiz və ədəbinə uyğun olaraq tutmalıyıq.
b- Yenə Ramazana məxsus olan bir ibadət olan Təravih namazını qılmalıyıq. Təravih namazını qılmaq sunnətdir.
c- Mümükündürsə hər zaman, heç olmazsa Ramazan ayında beş vaxt namazın məsciddə camaatla qılmağa çalışmaq gərəkdir. Çünki Peyğəmbərimiz (s.a.s.): "Camaatla qılınan namazın savabı təklikdə qılınan namazın savabından iyirimi yeddi dəfə daha fəzilətlidir” deyə buyurmuşdur.
d- Qurani Kərim oxumağı biliriksə ay ərzində oxumağa çalışmalıyıq. Ramazan ayı həm də Quran ayıdır. Çünki daha əvvəl söyləndiyi kimi Qurani Kərim bu ayda enməyə başlamışdır.
e- Allahı çox zikr və dua etməli, Peyğəmbərimizə (s.a.s.) çox salavat gətirməliyik. Hz. Muhamməd bir hədisində: “Ramazanda Allahı zikr edən bağışlanar və Allahdan istəyi geri çevrilməz” buyurmuşdur.
f- Mümkünsə çoxlu xeyir işlər görməli və sədəqə verməliyik. Hz. Muhamməd Əfəndimiz insanların ən səxavətlisi olub, bu səxavəti Ramazan ayında daha da artırardı.
g- Razamanda daha çox ibadət etməliyik. Peyğəmbərimiz də çox ibadət edərdi. Həmçinin Hz. Aişə validəmiz demişdir ki: “Rəsulullah (s.a.s.) Ramazanda digər zamanlardan daha çox ibadət etməyə çalışardı." (10)
Bərəkət ayı olan Ramazanda insanlar Allahu Təala rəhmətinə bürünər. Günahları bağışlayar. Duaları qəbul edər. Xeyirdə yarışan mömin qulları ilə mələkləri yanında iftixar edər.
Oruc tutmayan və Allah qarşı vəziflərini yerinə yetirməyənlər Allahın bu sonsuz rəhmətindən məhrum olar. Sevgili Peyğəmbərimiz Ramazan ayının yeni girdiyi bir gün belə buyurmuşdu: “Sizə bərəkət ayı, Ramazan ayı gəldi. Bu ayda Allah sizə rəhmətini endirər. Günahları bağışlayar, duaları qəbul edər. Allah bu ayda sizin xeyirdə yarışmağınıza baxar və mələkləri yanında iftixar edər. Allaha xeyir əməllər təqdim edin. Günahkarlar bu ayda Allahın rəhmətindən məhrum olanlardır.”
Elə isə Ramazanda çoxlu ibadət edərək, onun fəzilətindən istifadə etməyə çalışmalıyıq. Səhih hədis kitablarının əvvəlində gələn Buxaridən rəvayət edildiyinə görə Rəsulullah (s.a.s.) belə buyurmuşdur: “Ramazan ayı girəndə göylərin qapısı açılar, cəhənnəmin qapıları bağlanar. Şeytanlar zəncirə vurular.”
Tirmizi və İbn Macənin rəvayətlərində hədis uzun şəkildə belədir: “Ramazan ayının ilk gecəsində şeytanların və cinlərin azğınlarına zəncir vurular. Cəhənnəmdə heç bir açıq qapı qalmaz, hamısı bağlanar. Bir nida edən (mələk) belə səslənər: Ey xeyir əhli! Xeyir işlərə yönəl!Ey şər əhli, Şərini tərk et! Allah tərəfindən atəşdən qurtulanlar olar. Bu hal Ramazan ayının hər gecəsində baş verər.”


Tarix: 17.04.2013 / 13:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 444 Bölmə: Ramazan