beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara Yusifin Ölümündən sonra

Qara Yusifın ölümü Qaraqoyunlu ordugahında böyük qarışıqlığa və hərc-mərcliyə səbəb oldu. şahzadələrdən heç biri burada deyildi; Şahməhəmməd Bağdadda, isgəndər Kərkükdə, ispənd Adilcəvazda, CahanŞah Sultaniyyədə, Əbu Səid isə Ərzincanda idi. YaxınlaŞan Teymuri qoşunundan vahiməyə düşmüş Qaraqoyunlu əmirləri ordugahdan qaçdılar. Bir dəstə adam Qaraqoyunlu padşahının cəsədi olan otağa girdi, buranı qarət etdi, cəsədin əynindən paltarını çıxardı, hətta onun qulaqlarındakı qızıl sırğaları da bıçaqla kəsib götürdü. Yalnız iki gündən sonra Qara Yusifin cəsədi Təbriz əyanları (Seyid Məhəmməd Keçəçi və başqaları) tərəfindən götürüldü, Təbrizə, buradan da Ərcişə - ata-babasının məzarları yanına gətirildi və dəfn edildi. Təbriz əyanlarının Qara Yusifə qarşı belə münasibəti onu göstərir ki, oturaq şəhər əhalisi Qaraqoyunlu hökmdarını yabançı sülalənin nümayəndəsi kimi deyil, yerli Azərbaycan hökmdarı kimi qiymətləndirirdi. 1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. Aran Qarabağında qışlayan Sultan Şahruxun hüzuruna gəlmiş qonşu hakimlər arasında Qarabağ hakimi Yar Əhməd Qaramanla yanaşı qardaşı Şirzad da olmuşdu . 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi ilə teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı. Teymuri tarixçisi Fəsih Xəvafi yazır ki, bu zaman Qaraköpəktəpədə (hazırda Füzuli şəhərinin şimal-şərqində yerləşir) olan Sultan Şahrux oğlu Baysunqur Bahaduru Yar Əhmədə qarşı göndərdi .


Tarix: 03.02.2015 / 18:51 Müəllif: Feriska Baxılıb: 64 Bölmə: Qaraqoyunlular