beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oğlanları Həsənəli və Pirbudağın Cahanşaha qarşı üsyanı

Elə həmin vaxt oğlu Həsənəli özünü sultan elan edərək, Təbrizi ələ keçirir. Azərbaycana dönən Cahanşah üsyançılarla sərt rəftar edir. Yalnız anasının himayədarlığı Həsənəlini edam cəzasından qurtarır. Ölkədən sürgün edilmiş Həsənəli atasının düşməni Uzun həsənin düşərgəsinə, buradan isə qardaşı Pirbudağın yanına Şiraza gəlir. Qardaşlar birləşib, Cahanşaha tabe olmadıqlarını elan edirlər. Bunu eşidən sultan 1462-1463-cü ildə Şirazı mühasirəyə alaraq, işğal edir. Anaları bu dəfə də qardaşları xilas edir. Bundan sonra Cahanşah dövlət idarəçiliyini oğlanları arasında bölüşdürür. Pirbudağa Bağdad, Mirzə Yusifə Fars, Qasımbəyə isə Kirman düşür.

Pirbudaq yenidən üsyan edib sultanlıq eşqi ilə atasının üzünə ağ olur. Cahanşah 1466-cı ildə Pirbudağın paytaxt elan etdiyi Bağdadı tutur və bu dəfə aman vermədən oğlunu edam edir.


Tarix: 03.02.2015 / 18:45 Müəllif: Feriska Baxılıb: 26 Bölmə: Qaraqoyunlular