beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fars əyaləti baharlıları

Baharlı oymağının bir qolu İranın Fars əyalətində yaşayırdı. Onlar Qarabağdan gəlmişdilər. Bu qol XVIII əsrdə Xəmsə eli d eyilən bir boy birliyi təşkil etmişdi. 1852-ci ildə Baharlı oymağı Nəfər elinin tərkibindən çıxaraq, özlərindən Molla Əhməd adlı birisini kələntərliyə qəbul etdilər. Y eni kələntərə hökumət tərəfindən xanlıq ünvanı v erildi. Əhməd xan tayfanın tirələri arasında sülh və sakitlik yaratdı.Əhməd xan Baharlı 1858-ci ildə vəfat etdi.

Y enidən tayfa-tirə qarışıqlığı yarandı. Hər kəs öz tirəsindən el kələntərliyinə adam irəli sürdü. Çaba-çarpışma x eyli çəkdi. Nəhayət 1863-cü ildə Baharlı tayfasının Təlkə (təklə) tirəsindən olan Çıraqəli bəy tayfanın kələntəri oldu. O, müvəqqəti olsa da, sakitlik yaratdı, lakin 1892-ci ildə Çıraqəli bəy Əhmədli tirəsinə mənsub bəylər tərəfindən öldürüldü.

XIX yüzilin son illərində Baharlı tayfasına Çıraqəli bəyin tərbiyə etdiyi Hüs eyn xan Baharlı kələntər təyin edildi və Qacar sülaləsinin son illərinə qədər elə başçılıq etdi.

Xəmsə birliyinə qatılan Baharlı tayfasının tirələri:

1.Əbülqasımlı
2.Əhmədli
3.Ələmdar
4.Əmələ
5.Əminə
6.Əminli
7.Əmirhacılı
8.Aşıqlı
9.Aşırlı
10.Övladlı
11.Əzizbəyli
12.Hacıəttarlı
13.Hacıbaranlı
14.Hacıxanlı
15.H eydərli
16.Həsənbəyli
17.Ibrahimxanlı
18.Ismayılxanlı
19.Isabəyli
20.Caməbözörgi (böyükcaməli)
21.Qağaxanlı
22.Kamanlı
23.Məmmədli
24.Məhəmmədxanlı
25.Nəzərbəyli
26.Qaraxanlı
27.Qaraxaslı
28.Kazımbəsli
29.Rəsulxanlı
30.Sadıqlı
31.Səfixanlı
32.Səkkizli
33.Şəkərli
34.Əzizli
35.Çəhərdəh çərik (on dörd çərik)
36.Dərəşur (şordərəli)
37.Kərimli
38.Xosrovlu
39.Lor
40.Sül eymanlı
41.Təkkə (təklə)
42.Zərgər


Tarix: 03.02.2015 / 12:51 Müəllif: Feriska Baxılıb: 46 Bölmə: Qaraqoyunlular