beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cahanşahın Divanının tarixçəsi

"Divan"ının macərası da şairin həyatı qədər maraq doğurur. Tədqiqatçılar uzun müddət həmin divandan xəbərsiz olduqlarından onu itmiş zənn etmişdilər. Və yalnız 1961-ci ildə əlyazmanın sirri açıldı. Məlum oldu ki, Həqiqinin "Divan"ı uzun müddət İstanbulda, türk sultanlarının saray kitabxanasında saxlanılıb. Sultan Əbdülhəmidin dövründə əlyazma kitabxanadan itmiş, bir müddət sonra isə Misirdə, İskəndəriyyə kitabxanasında tapılmışdır. Lakin sonradan buradan da yoxa çıxaraq, dünyanı gəzə-gəzə Londona gəlib çıxmışdır. Məşhur şərqşünas alim Minorski onunla burada tanış olub. Lakin əlyazma burada da qalmır. Nyu-Yorka, erməni kolleksiyaçısı Arutyun Qazaryanın şəxsi arxivinə düşən əlyazma buradakı başqa əsərlər kimi, onun vəsiyyətinə əsasən, İrəvan Universitetinə gətirilir. Azərbaycan alimi Lətif Hüseynzadə "Divan"ı burada tapmış və işləyərək, dərc etdirmişdir. Cahanşahın ən yeni əlyazma Divanını Firuz Refahi Ələmdari Tehran Universitetinin mərkəzi kitabxanasında tapıb və Tehranda nəşr edibdir. Bu əlyazma hazırda aşkar olunan əlyazmaların arasında ən mükəmməli sayılır.


Tarix: 03.02.2015 / 18:46 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: Qaraqoyunlular