beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cahanşahın Yaradıcılığı

Doğma Azərbaycan türkcəsində gözəl şerlər yazmış Cahanşah ədəbiyyat tariximizdə "Həqiqi" təxəllüsü ilə tanınır. Yüksək təhsil görmüş Həqiqi Azərbaycan türkcəsi və fars dilində gözəl qəzəllər, məsnəvi və rübailər yazırdı. O, Şərq ədəbiyyatına dərindən bələd idi və özünü Nəsimi məktəbinin ardıcılı hesab edirdi. Həqiqi dahi fars şairi Əbdürrəhman Cami ilə dostluq münasibəti saxlayırdı. Cami onun "Divan"ının bədii və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirirdi. Öz şerlərindən birində o, bu divanı "xəzinə" adlandırmışdı.


Tarix: 03.02.2015 / 18:46 Müəllif: Feriska Baxılıb: 30 Bölmə: Qaraqoyunlular