beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəlairilərin məğlub edilməsi

1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu dövlətini yaratdı. Cəlairi Sultan Əhmədi məğlub etmiş Qara Yusif ona hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol çəkdirdi, Sultan Əhməd Qara Yusifin oğlu Pirbudağı öncədən oğulluğa götürmüşdü. Bu məsələni Sultan Əhmədə xatırladan Qara Yusif Azərbaycanın Pirbudağa verilməsi haqqında yarlıq yazdırdı. 1411-ci ildə Qara Yusif Təbrizdə Azərbaycan əyanları və Qaraqoyunlu əmirlərinin məclisində Pirbudağı "sultan" elan etdi, lakin dövlət işlərini bütövlükdə öz əlində saxladı. Bu dövlətin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Şərqi Anadolunun bir hissəsi, Ərəb İraqı və Əcəm İraqı daxil oldu. Qarabağın Qaramanlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olaraq bu dövlətin siyasi tarixində əhəmiyyətli rol oynadılar.


Tarix: 03.02.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Qaraqoyunlular