Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

QaraqoyunlularƏlişəkər bəy Baharlı

Həyatı[redaktə]
Əlişəkər bəy Baharlı Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın hakimiyyəti dövründə uzun illər Həmədan, Borucerd və Nəhavənd hakimi olmuşdur. Əlişəkər bəy Baharlı 1457-ci ildə Mardin döyüşündə Ağqoyunlu Uzun Həsənə əsir düşmüş, bir müddət həbsxana həyatı yaşamalı olmuşdur. Lakin Əlişəkər bəy Baharlı yaxın qohumu Qaraqoyunlu dövlətinin hökmdarı Cahanşahın köməyi ilə əsirlikdən azad edilmişdir. Əlişəkər bəy Baharlı yenidən Həmədan hakimi olmuşdur.Farüq Sumər Əlişəkər bəyi Baharlı tayfasının böyük əmirlərindən saymışdır.

Orxan Zakiroğlu (Baharlı) orta əsrlərə aid mənbələrə istinadən yazır ki, Əlişəkər bəyin dörd oğlu və iki qızı olmuşdur. Mənbələrdə onun Məhəmməd bəy, Pirəli bəy, Yarəli bəy, Bayram bəy adlı dörd oğlunun, Paşa Bəyim adlı bir qızının Ardı »

QaraqoyunlularSultanqulu bəy Baharlı

Həyatı[redaktə]
Baharlı oymağının ünlü nümayəndələrindən biri də Hindistanın cənubunda fəaliyyət göstərmiş Qütbşahlılar dövlətinin yaradıcısı Sultanqulu bəy Qütbülmülkdür. Qaraqoyunlular dövləti yıxıldıqdan sonra Babur mirzəyə qoşularaq Hindistana getdi. Mahmud şah Bəhməninin sarayında xidmətə başladı. Hərbi istеdadı sayəsində tеz bir zamanda ucaldı. 1487-ci ildə yеrli əyanların qiyamında şahı ölümdən xilas еtdi. Şah onu ikinci vəzir vəzifəsinə irəli çəkdi. 1496-cı ildə Tеlinqan əyalətinə və еyni zamanda da Qalkonda fortuna vali təyin еdildi. 1512-ci ildə Mahmud şahın vəfatından 6 il sonra Qolkondanın müstəqilliyini еlan еdərək Qütbşahlılar dövlətini qurdu. O dövrdə siyasi gеdişat diqtə еdirdi ki, o Dеkanın hindi və müsəlman əmirlikləri ilə savaşa girsin. Lakin o var-dövlət, Ardı »

QaraqoyunlularCahanşahın Yaradıcılığı

Doğma Azərbaycan türkcəsində gözəl şerlər yazmış Cahanşah ədəbiyyat tariximizdə "Həqiqi" təxəllüsü ilə tanınır. Yüksək təhsil görmüş Həqiqi Azərbaycan türkcəsi və fars dilində gözəl qəzəllər, məsnəvi və rübailər yazırdı. O, Şərq ədəbiyyatına dərindən bələd idi və özünü Nəsimi məktəbinin ardıcılı hesab edirdi. Həqiqi dahi fars şairi Əbdürrəhman Cami ilə dostluq münasibəti saxlayırdı. Cami onun "Divan"ının bədii və mənəvi keyfiyyətlərini yüksək qiymətləndirirdi. Öz şerlərindən birində o, bu divanı "xəzinə" adlandırmışdı. Ardı »

QaraqoyunlularQaraqoyunlu Həsənəli

Qaraqoyunlu Həsənəli-Qaraqoyunlu dövlətinin sonuncu sultanı və Cahanşah Həqiqinin oğludur .

Həsənəli[redaktə]
Həsənəli 1467-1468- ci illərdə Qaraqoyunlu dövlətinin hökmdarı olmuşdur. Həsənəli Qara Yusifin nəvəsi, Cahanşahın oğludur. Hələ atasının sağlığında, iki dəfə ona qarşı çıxmış və məğlub olmuşdur. Hər iki halda anasının himayəçiliyi ilə ölümdən qurtarır. Cahanşahdan sonra Azərbaycanın cənubunda Qaraqoyunlu hakimiyyətini bərpa etməyə cəhd göstərdi, lakin buna nail ola bilmədi. 1468-ci ildə Uzun Həsən asanlıqla Cənubi Azərbaycanı və Qarabağı ələ keçirdi, qaraqoyunlu tayfalarının böyük bir hissəsi Ağqoyunlu hakimiyyətinə daxil oldu. Beləlilkə, Qaraqoyunlu dövləti özünün 58-ci ilində dağılıb məhv olur. Ardı »

QaraqoyunlularBayram xan Baharlı - Varisləri

Qarabağ xanlığının ictimai həyatında yaxından iştirak etmiş Bayramxan bəy Baharlı, Qarabağ xanının vəziri, şair Mirzə Vəli bəy Baharlı, Mirzə Haşım bəy Baharlı, İbrahim bəy Baharlı, çar ordusunun zabiti, bir çox xalq qəhrəmanlarını, günahsız insanları azğınlaşmış rus və erməni xainlərinin əlindən xilas etmiş Mirzə İsmayıl bəy Ibrahim bəy oğlu Vəliyev (Baharlı), Qarabağın varlı taciri Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev, "Məxfi" təxəllüsü ilə Azərbaycan və fars dillərində klassik üslubda şeirlər yazmış, "Əhvalati-Qarabağ" əsərinin müəllifi Məhəmmədəli bəy Məşədi Əsədulla bəy oğlu Vəlizadə, onun kiçik qardaşı şair Abdulla bəy Vəlizadə, İsmayıl bəy Adıgözəl bəy oğlu Vəlibəyov, Azərbaycanın ictimai-mədəni həyatında əhəmiyyətli rol oynamış Ardı »

QaraqoyunlularNəcəfqulu bəy Şeyda

Həyatı[redaktə]
Nəcəfqulu bəy Şeyda 1858-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Bakıda Hacı Zeynalabdin Tağıyevin açdığı gеcə kursunda oxumuşdu. Qubеrniya idarəsində iyirmi bеş ilə yaxın tərcüməçi işləmişdi. Balaxanı kəndində nеft quyuları almışdı.

Nəcəfqulu bəy İmarət xanımla ailə həyatı qurmuşdur. Onun Züleyxa xanım, Səltənət xanım adlı iki qızı, Məhəmmədhəsən bəy, Cavad bəy adlı iki oğlu olmuşdur.

Nəcəfqulu bəy şair idi. Şеyda təxəllüsü ilə şеir yazırdı. Nəcəfqulu bəy Şеyda haqqında yazılı mənbə o qədər də çox dеyil. Təzkirəçi Mir Möhsün Nəvvab özünün "Təzkirеyi-Nəvvab" əsərində, dеmək olar ki, bütün Qarabağ şairlərinin həyat və yaradıcılığından xеyli danışsa da, onun barəsində çox cuzi məlumat Ardı »

QaraqoyunlularCahanşahın qardaşı İskəndərə qarşı mübarizəsi

İskəndər növbəti dəfə öz hakimiyyətini bərqərar etmək məqsədilə Təbrizi tutmaq istəyir, ancaq Cahanşahla Şirvan əmirlərinin birləşmiş qoşunları onun ordusunu darmadağın edirlər. O, Naxçıvan yaxınlığındakı Əlincə qalasına qaçır və burada öz yaxın adamlarının sui-qəsdilə öldürülür və beləliklə Cahanşah Azərbaycanın müstəqil hökmdarı olur. 1440-1441 -ci ildə o, Gürcüstan üzərinə uğurlu bir yürüş edir, bir neçə ildən sonra isə ərəb İraqına hücum çəkərək, Bağdadı alır. Bundan sonra kiçik yaşlı oğlu Məhəmməd Mirzəni İraq hakimi təyin edir. Mosul şəhərini isə qardaşı İskəndərin oğlanları Əlvəndə, Rüstəmə, Tərxana və Mahmuda verir. Qardaşı İskəndərdən fərqli olaraq Teymurilərdən Şahrux və Osmanlı sultanı ilə dostluq siyasəti yeritməklə Cahanşah nəinki Qaraqoyunlu Ardı »

QaraqoyunlularSəltənət xanım Vəliyeva

Həyatı[redaktə]
Səltənət xanım Həsənova-Vəliyeva 4 fevral 1893-cü ildə anadan olmuşdur. O, 1901-1905 illərdə Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım Məlikovanın müdiri olduğu Tağıyev Qızlar Gimnaziyasında oxumuş, rus dilində təhsil almışdır. Tağıyev Qızlar Gimnaziyasının ilk məzunlarından biridir.

Səltənət xanım Həsənova-Vəliyeva uzun illər pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

Səltənət xanım Həsənova-Vəliyeva Bakı milyonçusu Mir Əbdüləhəd Seyid Qəhrəman oğlu Seyidhəsənzadə ilə 1917-ci ildə ailə həyatı qurmuşdur.

Səltənət xanım Həsənova-Vəliyeva 1976-cı ildə, 83 yaşında Bakıda vəfat etmişdir.

Orxan Zakiroğlu (Baharlı) Səltənət xanım Vəliyeva-Həsənovanın anadan olmasının 120 illiyi münasibəti ilə "Tağıyev Qızlar Gimnaziyasının ilk məzunu" ("Təzadlar" qəzeti, 7 noyabr 2013-cü il, № 113 (1850)) adlı məqalə çap etdirmişdir. Ardı »