beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mirzə Məmmədhəsən bəy Vəliyev

Həyatı
Mirzə Məmmədhəsən bəy Hacı Həsənəli bəy oğlu 1820-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Dövlət idarələrində məmur işləmişdi. quberniya katibi mülki çinini almışdı. Hökumət tərəfindən medalla təltif olunmuşdu. Tarixçi Baharlı onun haqqinda yazır:"O cümlədən birisi bizim əmimiz Mirzə Məhəmmədhəsən bəy Vəliyev. Belə ki, neçə il bundan əqdəm Şirvanda Rus dövləti seyidlərin şəcərələrin yığıb yetişdirdi. O vaxt heç bir dəftərxana mirzələri bacarmayıbdır ki, o şəcərələri rusca tərcümə edələr. Çünki o şəcərələr təmamən ərəb kəlməsi ilə olur. Mirzə Məhəmmədhəsən iki gün iki gecədə tamamın ərəbdən rusca tərcümə edib və bu ahvalı içəri dövləta məlum ediblər. Bu baradə mərhum əmim üçün artıq hörmət olmuşdu. Və bir hörmətli medal dövlətdən iltifat olunmuşdu". Mirzə Məmmədhəsən bəy Vəliyev Şuşa şəhərinin ədəbi mühitində mühim rol oynamışdı.



Ailəsi
Mirzə Məmmədhəsən bəyin Nəcəfqulu bəy, Məmmədtağı bəy, Əbülfət bəy adlı oğulları vardı.


Tarix: 03.02.2015 / 12:47 Müəllif: Feriska Baxılıb: 49 Bölmə: Qaraqoyunlular