beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsrik Cırdaxan məbədi

Əsrik Cırdaxan məbədi - Tovuz rayonunun Əsrik Cırdaxan kəndi ərazisində yerləşən, təxminən VII-X əsrlərə aid edilən alban məbədi və qala divarları.

Əsrik Cırdaxan kəndinin meşə ərazisində olan albanlara məxsus bu tarixi abidə torpaqdan 100 metr yüksəklikdə yerləşir. Ərazisi isə 2 hektardır. Məbədin divarına əl vurmaq kifayıtdir ki, daşlar yerə tökülsün. Bütün bunlar azmış kimi abidənin ətrafını qamış və ot-alaq basıb. Tarixi abidə baxımsızlıqdan qəzalı vəziyyətə düşərək bir hissəsi uçub. Abidənin mütəxəssislər tərəfindən yenidən bərpasına ehtiyac var.


Tarix: 02.02.2015 / 14:50 Müəllif: Feriska Baxılıb: 41 Bölmə: Qafqaz Albaniyası