beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kalankat

Kalankat - Qafqaz Albaniyasının Uti vilayətində böyük kənd.

Ərəb coğrafiyaşünasları bu kəndi Kalankatus adlandırır və göstərirlər ki, bu kənd Bərdədən Dəbilə gedən ticarət yolu üzərində, Bərdənin 9, Matrisin 13 fərsəxliyindədir.

Əl-İdrisi Kalankatı "hasarlı kiçik şəhər" adlandırır. M.Barxudaryanın məlumatına görə 1902-ci ildə Kalankat kəndi xərabələrində bir neçə azərbaycanlı ailə yaşayırmış. Bu kəndin xarabalıqları hazırda Divdəkan kəndinin xərabələri ilə birgə Tərtər çayın sol sahilində, Qarı körpüsü yaxınlığında, Metagis kəndinin xarabalıqları arasındadır.


Tarix: 02.02.2015 / 13:50 Müəllif: Feriska Baxılıb: 29 Bölmə: Qafqaz Albaniyası