Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gilgilçay səddi

Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddi.

İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir. Gilgilçayın Xəzərə töküldüyü yerdən başlayan səddin divarları Babadağı zirvəsinə doğru 60 km-cən uzanır.

Gilgilçay səddinə daxil olan Çıraq Qala Azərbaycanın dağ qalaları içərisində ən oynaq silueti olan abidədir. V əsrin yadigarı sayılan Çıraqqala fəal mövqeyi, möhkəm quruluşu ilə Gilgilçay səddinin baş dayaq məntəqəsi idi; dinclik çağında geniş ərazini nəzarət altında saxlayırdısa, təhlükə baş verəndə azman çırağa çevrilir, təhlükə sorağını dörd yana yayırdı.

Tarixi
Gilgilçay ətrafında V əsrin sonu VI əsrin əvvəllərində tikilmiş bir-birindən 220 m aralı iki divardan ibarət gil sədlər mövcuddur. I Qubad (488-531) onlan Xəzər dənizi ilə Qafqaz dağlarının qollan arasındakı keçiddə, Beşbarmaq dağının başında tikdirmişdi. Həmin istehkamlar Barmaq divan adlanırdı. Ərəb tarixçisi əl-Məsudi bunu xatırlayaraq yazırdı:

"əl-Bab haqqında, Kəsra Ənuşirəvanın atası Qubad ibn Firuzun Məsqət deyilən yerdə daşdan tikilmiş şəhərə bənzər qəribə tikililər inşa etməsi haqqında – Şirvanda tikdirdiyi Surətın (palçıqdan hörülmüş hasar) adı ilə məşhur olan divarlar, bərməki kimi tanınan və Bərdə vilayətinə bitişən daş divar haqqında çoxlu xəbərlər var..."
Müəllif Məsqətdən danışarkən, ehtimal ki, indiki Quba rayonunu, Firuzun adını qoruyub saxlamış müasir Quba şəhərini nəzərdə tuturdu.

Çiy kərpicdən hörülmüş divar Sasanilər dövründə xəzərsahili keçidin qabağını kəsən "uzun sədlər"dən ən cənubda olanı idi. Sonralar, I Qubad zamanında Şirvan ölkəsində müdafiə sədlərinin birinci hissəsindən 23 km şimalda Əbzud Qubad adlanan ikinci hissəsi çəkildi. Bu sədd Gilgilçay boyunca uzanıb gedirdi. Şaporan (Şəbəran) şəhəri onun yaxınlığında yerləşirdi. Bu, X əsr müəllifınin Sur ət-tın adı ilə xatırladığı Gilgilçay, yaxud Şəbəran səddi idi. Sasanilərin möhtəşəm müdafıə səddi olan Gilgilçay səddinin uzunluğu təqribən 30 km-ə (onun 20 km-i çiy kərpicdən, qalan hissəsi daşdan çəkilmişdi), divarların qalınlığı və hündürlüyü təqribən 8 m-ə çatırdı. Səddin qurtaracağında dağ zirvəsindəki nəhəng qaya üzərində müdafiə məqsədilə Çıraqqala qalası tikilmişdi. Baş bürcü hörmə üsuluna görə Bakıdakı qız qalasını xatırladan nəhəng istehkam olan Çıraqqala təqribən V əsrdə tikilmişdir. Beşbarmaqdan şimala doğru sahil boyu, ehtimal ki, Sasani dövrünə aid qədim şəhər yerlərinin xarabalıqlarına və qalıqlarına rast gəlinir. Onlardan biri, ehtimal ki, IX əsr müəllifiərinin adını çəkdiyi Beşbarmaq yaxmlığındakı Bacarvan şəhəri idi. Üçüncü maneə səddi Samur çayından və Massaget hökmdarlığının paytaxtı Cora – Çora – Çoladan şimalda çəkilmişdi. Burada Rubas çayının düzənliyə çıxdığı yerdə dağlar yenidən dəniz sahilinə yaxınlaşır. "Uzun sədlər"in xarabalıqları Torpaqqala şəhər yeri yaxınlığında bu günədək qalmaqdadır.


Tarix: 02.02.2015 / 13:45 Müəllif: Feriska Baxılıb: 128 Bölmə: Qafqaz Albaniyası
loading...