beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sünik sülaləsindən olan hakimlər

IV əsr
Vaginak
Antioks Süni
Babik
V əsr
Vaginak
Vasak Süni
Varaz Vaan
Qdexon
Babken
Vayots-Zor hakimləri
821-ci ildə Vasakın ölümündən sonra onun böyük oğlu Filipe Sünikin böyük bir hissəsini öz hakimiyyəti altında birləşdirdi. Kiçik oğlu Saak isə Göyçə gölü ətrafındakı əraziləri hakimiyyəti altına alaraq burada hakimiyyətdə olmuş Sünik sülaləsindən olan Qeqarqunik haykazunlarının hakimiyyətini davam etdirdi.

Filipe Süni
Babken Süni
Vasak İşxanik
Aşot Süni
Smbat Süni
Vasak Süni
X əsrdə Vasak Süni Dəbili Şəddadilərdən azad etməyə cəhd etsə də, döyüşdə məğlub oldu. Bu hadisədən sonra, Vayots-Zorun Sünik sülüləsindən olan hakimləri öz nüfuzlarını itirdilər. X əsrin 70-80-ci illərindən etibarən Sünikin siyasi mərkəzi bir qədər cənuba – Balk havarına (müasir Qafan) keçdi. Vayots-Zor hakimliyi I Smbatın dörd oğlundan (Smbat, Saak, Vasak, Babken) Saaka keçdi.

Qeqarqunik haykazunları
Sünik sülaləsinin Qeqarqunik haykazunları olan qolunun əsasını Sünik hakimi Vasakın oğlu Saak qoymuşdur. Qeqarqunik haykazunları 821-925-ci illərdə Şimali Sünikdə - Göyçə gölünün qərb sahilində hakimlik etmişlər. Hakimlərin qərargahı Kot kəndində (Aşağı Qaranlıq rayonunun Aşağı Adıyaman kəndi) olmuşdur.

Sünik sülaləsinin digər nümayəndələri kimi Qeqarqunik haykazunları da geniş quruculuq və inşaat işləri ilə məşğul olmuşlar. Erməni tarixçisi Ovanes Drasxanakertli bu haqqda yazır:

“Tanrının bütün mərhəməti və qayğısını Ermənistana bəxş etdiyi günlərdə ölkədə hər öz xeyirli işini davam etdirirdi...Və əsas nahararlar böyük daşlardan, güclü divarlar inşa etdirir, şəhərləri və monastırları qorumağa çalışırdılar. Ən çox isə Haykazunlardan işxan Qriqor Süni və onun qardaşları Saak və Vasak inşaat işləri gördürürdülər. Onlar Gelam gölünün ətrafını abadlaşdırırdılar.”


Tarix: 02.02.2015 / 14:40 Müəllif: Feriska Baxılıb: 14 Bölmə: Qafqaz Albaniyası