beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Qafqaz Albaniyasının incəsənəti"

"Qafqaz Albaniyasının incəsənəti" — Qədim Şərqin tarixi və regional incəsənəti olmaqla Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini təşkil edir.
Arxeoloji materialların öyrənilməsi, tədqiqatçılara Qafqaz Albaniyası incəsənətinin inkişaf mərhələləri haqqında fikir söyləməyə imkan vermişdir. Orta əsrlər alban incəsənəti qədim dövrdə Qafqaz Albaniyası sənətkarlarının yaratdıqları özüllər üzərində inkişaf etmişdi. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti və xarakteri baxımından dini ideyalara əsaslansa da, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləyir və feodalizmin mənşəyi və inkişafı ilə bağlı yenilikçi ideyalar yayılır. Yüksək səviyyədə mənimsənilmiş humanist ideyaların istiqamət verdiyi ikinci mərhələ dini və məzhəbi tendensiyaların üstünlük təşkil etdiyi əvvəlki mərhələnin özülləri üzərində inkişaf etməkdə idi.


Tarix: 30.01.2015 / 19:03 Müəllif: Feriska Baxılıb: 61 Bölmə: Qafqaz Albaniyası