beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Basarkeçərdə Serj Sarqsyanla görüş

2013-cü il fevralın 13-də Vardenisdə (Basarkeçər) Ermənistan prezidenti, prezidentliyə namizəd Serj Sarqsyanın tərəfdarları ilə görüş zamanı ahil bir kişi azərbaycanca misal çəkib. Kağız üzərinə yazılanı bir təhər oxuyub, başa çatdırdıqdan sonra deyib: “İndi yazdığımı bir yana qoyub, ürək sözlərimi deyim” və ürək sözlərini azərbaycanca deyib. Prezident Sarqsyan da bunu yumor ilə qarşılayıb: “Deyəsən, müəyyən zamanların həsrətini çəkirsiniz, hə?”. Kişi ürək sözlərini ermənicəyə çevirmək istəyəndə Sarqsyan buna ehtiyac olmadığını bildirib: “Lazım deyil, tərcümə etmək lazım deyil. Yəqin unudubsunuz ki, mən də bilirəm”.


Tarix: 07.02.2015 / 13:57 Müəllif: Feriska Baxılıb: 28 Bölmə: Qərbi Azərbaycan