beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

A kişi, əlavə bezin olmaz?

Çox güman ki, başlıq olmadan yalnız şəkli paylaşsaydıq, çoxunuz şəkilin nədən bəhs etdiyini anlamaqda çətinlik çəkəcəkdiniz. Gördüyünüz bu şəkili bizə hazırda Fransada olan oxucularımız göndərib. Şəkilin mənasını anlamaqda hələ də çətinlik çəkənlər üçün bildirək ki, bunlar Fransada əksər mağaza və apteklərdə satışda olan kişi bezləridir. Bu bezlərə nəinki Fransada, demək olar ki, əksər Avropa ölkələrində hər bir mağazada rast gəlmək mümkündür. Bəziləri üçün bu qəribə görünə bilər: “Kişi nədir, bez nədir?” deyə düşünənlər də ola bilər. Amma Avropada bu bezlər təmizliyinə hər şeydən çox diqqət yetirən kişilərin çoxdan gözlədiyi məhsullardan hesab edilir. Yəqin ki, onun nə üçün və necə istifadə edilməsi sizə də maraqlıdır. Buna görə də, əziz kişilər, indi sizə bu bezin əhəmiyyəti və onun istifadə qaydaları haqqında məlumat vermək istəyirik. Kim bilir, bəlkə gələcəkdə bu məhsullar ölkəmizdə də satışa çıxarıldı?

Şəklini gördüyünüz bu bezlər əsasən prostat vəzi xəstəliklərindən və sifilisdən əziyyət çəkən kişilərin bu zaman yaranan problemlərini aradan qaldırmaq üçün nəzərdə tutulub. Məlumdur ki, 50 yaşından sonra kişilərin əksəriyyəti prostat vəzi xəstəliyindən, eləcə də bir çox digər cinsi xəstəliklərdən əziyyət çəkirlər. Bu xəstəliklər zamanı onlar qeyri-iradi şəkildə alt paltarına tökülən sidik damcılarına görə özlərini natəmiz hiss edirlər. Elə bu bezlər də həmin mayenin alt palatrına tökülməsinin qarşısını almaq üçün nəzərdə tutulub. Məhsulun istifadə qaydası isə çox sadədir. Maye hopduran bu pedlər penisin uc hissəsinə taxılır. Bu üsulla isə alt paltarında yaranacaq natəmizliyin qarşısı alınır.

Qonşu Türkiyədə ilk dəfə Cem Yaman bu məhsulun satışa çıxarılmsaını təklif edib. O, padman adlandılılan bu bezlərin təqdimatı zamanı bildib ki, namaz qılmazdan öncə abdəst almaq, təmiz olmaq əsas şərtdir. Amma yuxarıda adı çəkilən xəstəliklər zamanı bu təmizliyə nail olmaq çətinləşir. Buna görə də kişilər alt paltarlarında olan natəmizliyə görə hər namaz qılmazdan əvvəl alt paltarlarını dəyişməyə məcbur olurlar. Bu bezlərdən istifadə isə onları bu cür əziyyətdən qurtaracaq. Eləcə də bu bez alt paltarındakı natəmizlik nəticəsində meydana gələn xoşagəlməz qoxunun da qarşısını alacaq.

Siz necə düşünürsünüz, əziz kişilər? Bu bezlərin bizdə də satışa çıxarılmasına ehtiyac var?


Tarix: 07.01.2015 / 14:25 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Maraqsız