Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

30 yaşına çatmadan bunları edin

Çox vaxt bütün günlərin bir-birinə bənzəməsindən, həyatımızda maraqlı, fərqli heç nəyin baş verməməsindən şikayətlənirik. Business Insider saytında dərc olunan bir məqalədə həyatını maraqlı keçirmək istəyənlər üçün bir məqalə dərc edilib. Bu məqalədə 30 yaşına çatmadan reallaşdırmalı olduğumuz 30 təcrübə yer alıb. Biz də indi sizə həmin siyahını təqdim edirik.

1.Marafon yarışına qatılmaq
2.Dünyanın müxtəlif eqzotik bölgələrinə səyahət etmək
3.Musiqi festivalına bilet alıb, özünüz üçün ən yaxşı ifaçıları sıralamaq
4.Çılpaq dənizə girmək
5.Dünyanın ən yaxşı restoranları sırasında yer alan bir məkanda şam yeməyi yemək
6.Dostlarınız üçün böyük bir qonaqlıq təşkil etmək
7. Xəyalınzdakı avtomobili ən azı test üçün olsa belə sürmək
8.Səsiniz yaxşı olmasa belə, ən azından bir dəfə karoeke klubda mahnı oxumaq
9.Los Angeles, Tokio ya da London kimi böyük şəhərlərin birində bütün gecəni əylənərək keçirmək
10.Metroid yağışını izləmək
11.Ən azından bir dəfə də olsa, yüksəkdən tullanma (əlbəttə ki, bütün təhlükəsizlik tədbirlərinə əməl olunmaqla ) və ya təyyarədən paraşütlə tullanmaq
12. Özünüz üçün ən azından 100 nəfərlik ad günü qonaqlığı təşkil etmək
13.Yüksək bir dağa dırmanmaq
14.Həyatınız boyunca bir dəfə belə olsa, barmen kimi çalışmaq
15.Dalğıclıqla məşğul olmaq
16.Tək başına uzaq yerlərə səyahət etmək
17.Heç sevmədiyiniz, iyrənc hesab etdiyiniz yeməklərin dadına baxmaq (Məsələn, böcəkli Çin yeməkləri)
18.Yeni bir dil öyrənmək
19. Açıq havada, ulduzların altında təkbaşına çadır qurmaq
20.Bir dəfə də olsa, hər hansısa bir komandaya azarkeşlik etmək
21.Hətta heç sevməsəniz belə, bir dəfə də olsa, kostyum geyinmək
22.Könüllü işlərdə çalışmaq
23.Qayıq sürmək
24. Qəbul olmayacağınızı dəqiq bilsəniz belə, xəyalınızdakı iş yerinə müraciət etmək
25.Avtomobillə bütün ölkəni gəzmək
26.Dünya Çempionatı kimi önəmli bir idman yarışına ən azından izləyici kimi qatılmaq
27.Yazlıq ya da qışlıq bağ evi almaq
28.Daha əvvəl heç vaxt iştirak etmədiyiniz, sizi maraqlandırmayan mövzulardan bəhs edən bir dərsdə iştirak etmək
29. Tanımadığınız bir ölkədə itmək
30.Bütün günü və ya həftəni yelləncəkdə keçirmək.

Bu qədər, əziz oxucular. Əgər eyniliklərdən bezmisinizsə, imkanınız çatdığı qədər həyatınızda hansısa yenilik etməyə çalışın. Unutmayın ki, həyatınızı, günlük yaşamınızı istiqamətləndirmək, ona rəng qatmaq və ya rəngizləşdirmək sizin əlinizdədir.


Tarix: 07.01.2015 / 14:05 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Maraqsız
loading...