beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şərab qan laxtalanmasının qarşısını alır

Danimarkalı bir qrup tərəfindən aparılan və “British Medical” jurnalında yayımlanan bir tədqiqata görə həftədə 1-7 stəkan şərab içmək beyin damarlarından birinin qanaması və ya qan laxtalanması yoluyla iflic olma ehtimalını 30% azaldır.
Tədqiqatçılar 45-84 yaşlı 13329 insanı 16 il ərzində izləyərək bu nəticəyə gəliblər. Mütəxəssislərin sözlərinə görə, pivə və digər alkoqollu içkilər isə şərabın göstərdiyi bu qoruyucu təsiri yaratmırlar. Bu isə onu deməyə əsas verir ki, insan orqanizminə müsbət təsir göstərən alkoqol deyil, şərabın içindəki təbii maddələrdir.
Qeyd edək ki, daha əvvəllər də gündə bir stəkan qırmızı şərab içməyin ürəyi qidalandıran tac damarların damar sərtliyi ilə tıxanması və infarkt riskini əngəllədiyi fikri ortaya çıxmışdı. Bunun səbəbi isə o idi ki, qırmızı şərabın tərkibindəki antosiyanin boyası antioksidant təsirini daha da gücləndirir.


Tarix: 07.01.2015 / 14:02 Müəllif: Aziza Baxılıb: 11 Bölmə: Maraqsız