Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxuların seksual yozumu

Hələ qədim zamanlardan yuxuların mənaları, yuxuyozmalar insanları maraqlandıran əsas mövzulardan biri olub. Yuxuların mənalarının açılması sahəsində din adamları, psixoloq, sosioloq və nevroloqların fikirləri isə daim bir-birindən fərqlənib. Yuxuların bu qədər geniş müzakirə olunmasının, maraq doğurmasının əsas səbəbi əlbəttə ki, insanların gələcəyi görməyə olan marağı ilə bağlıdır.
Psixoanalizin banisi olan Ziqmund Freyd hesab edirdi ki, yuxular şüuraltı ilə sıx bağlıdır və bunun nəticəsi kimi də nə vaxtsa haqqında düşündüyümüz və yaşadığımız hadisələri yuxuda görməyimiz normal hesab edilməlidir. Eyni zamanda Freydin fikrincə, yuxularımız bizim cinsi həyatımızdan, münasibətimizdən də xəbər verir. Bunun üçün isə gördüyümüz yuxuların ifadə etdiyi həqiqi mənaları araşdırmağımız lazımdır.

Buna görə indi biz də sizinlə Freydin bəzi yuxulara verdiyi yozumları bölüşmək istəyirik.

Ağac- sabit fikirlilik. Ağacın gövdəsi kişinin, budaqları isə qadının rəmzidir.
Ata minmək- At cinsi istəyi, ata minmək isə qarşı cinsə toxunma istəyini bildirir.
Böcək- şüuraltı istək.
Çanta: Gözəldirsə ruhi rahatlıq və seksual doyum.
Çiçək: Bəkarət, bəkarətlə bağlı problemlər.
Dağ: Qorunma, rahatlama arzusu.
Diş: Qadın görürsə, uşaq arzusu. Dişlər tökülürsə, şüuraltı olaraq özünü cəzalandırma.
Yıxılmaq: Kefsizlik.
Köhnə sevgili: Keçmişin həsrəti.
Ev: Qorunmaq istəyi, istilik.
Hava: Havanın vəziyyəti əhvalımızı əks etdirir.
Oğru: Qorxu.
İt-pişik: Pişik qadını, İt kişini bildirir. Küçük isə uşağı.
Quş: Kişi seksuallığı.
Mənzərə: Sevilən şəxsə həsrət.
Məzar: Keçmişə, itirdiklərimizə duyulan həsrət.
Avtomobil: Cinsi istək. Avtomobil dayanıbsa, benzini bitibsə, cinsi istəksizlik.
Ölmək: Başqalarına qarşı günahkarlıq duyğusu.
Pul: Hər mövzuda güclülük.
Səyahət: Evdən ayrılıb, öz ayaqları üzərində durmaq istəyi.
İmtahan: Keçmiş günlərin həsrəti.
Silah: Qəzəb.
Su: Suya girmək, üzmək ana rəhmindəki suyla bağlıdır. Bu şəxsin geriyə dönmə istəyindən, anasının yanında güvəndə olma arzusundan xəbər verir.
Şeytan: Qadın üçün cinsi istək.
Tualet: Cinsi münasibətləri çirkin görənlərin gördüyü yuxu.
Təyyarə: Kişi seksuallığı.
Uçmaq: Gənclərdə cinsi istək.
İlan: Cinsi həyatda xoşbəxt olmamaq.Əksər hallarda cinsi həyatları ilə bağlı narahatlıqları olan şəxslər belə yuxular görürlər.


Tarix: 07.01.2015 / 14:05 Müəllif: Aziza Baxılıb: 202 Bölmə: Maraqsız
loading...