beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xəyanətə qarşı sprey tapılıb

İnsanın müxtəlif hadisələrə qarşı göstərdiyi reaksiya əslində həmin hadisənin onun hormanlarına etdiyi təsir ilə bağlıdır. Elə bu fikri əsas tutan Bonn Universitetinin professoru Rene Hurlemann bir araşdırma nəticəsində sevgililərin bir-birini aldatmasına səbəb olan hormonu aşkarlayıb və ona qarşı dərman hazırlamaq qərarına gəlib.
Sizə qəribə gələ bilər, amma həmin almanyalı professor bir ildən sonra bu məqsədinə nail olmağı bacarıb. Onun fikrincə, il ərzində minlərlə ailənin dağılmasına səbəb olan xəyanətin qarşısını almaq üçün yalnız ictimai qınaq kifayət deyil. Xəyanət instiktinin yaranmasına əsas səbəb oxycotin hormonunun azlığıdır. Kişilər üzərində keçirilən təcrübə nəticəsində məlum olub ki, bu hormonun səviyyəsi yüksək olan kişilər qadınlarına xəyanət etmək barədə düşünmürlər. Universitetdəki bu təcrübə aldatmaya qarşı spreyin hazırlanması ilə başa çatıb. İçərisində oxycotin hormonu olan bu sprey əsasən kişilər üçün nəzərdə tutulub. Araşdırmaçıların iddialarına görə, kişi diqqətinin həyat yoldaşından, sevgilisindən başqa bir qadına yönəldiyini hiss etdiyi zaman bu spreydən istifadə edərsə, bu onun istəyinin qarşısını alır.
Prof. Rene Hurlemann təcrübədə iştirak edən kişilərə həm həyat yoldaşlarının, həm də başqa bir cazibədar qadının şəklini göstərib və bu zaman onların beynindəki dəyişikliyi qeydə alıb. Məlum olub ki, başqa qadının rəsmini görərkən onunla yaxınlıq yaşamaq istəyən kişilərdə bu hormonun səviyyəsi aşağı düşür, rəsmi görərkən xəyanət barədə düşünməyənlərdə isə heç bir dəyişiklik baş vermir. Tədqiqatçılar gələcəkdədə bu yöndə müxtəlif araşdırmaların aparılmasını planlaşdırırlar.


Tarix: 07.01.2015 / 14:20 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqsız