Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

MaraqsızAçıq dərili insanlara bəd xəbər

Dəri rənginə görə insanların tez və ya gec yaşlanacağını müəyyənləşdirmək olur. Bu nəticəyə gəlmək üçün aparılan araşdırmalara əsasən açıq dərili insanlar daha tez qocalır.
Mütəxəssislərin sözlərinə görə, dəri rəngi nə qədər açıqdırsa, bu həmin orqanizmin bir o qədər tez qocalacağından xəbər verir. Bunun səbəbi isə belə izah olunur: dərinin yaşlanmasına səbəb olan əsas iki faktor var: xronoloji yaşlanma və foto yaşlanma. Xronoloji yaşlanma yaş ötdükcə insan orqanizminin qocalması nəticəsində meydana gəlir və onu tam olaraq aradan qaldırmaq mümkün deyil, yalnız sürətli inkişafını ləngitmək olar. İkincisi isə günəş şüalarının insan vücuduna təsiri nəticəsində yaranır. Bu təsirlər isə dəri rəngindən aslı olaraq dəyişir.
Dəriyə rəng Ardı »

MaraqsızBu kənddə hamı çılpaq gəzir

1929-da salınan və Londonda şəhərətrafında yerləşən Spielplatz (alman dilindən tərcüməsi Oyun Bağçası mənasını ifadə edir) çılpaqlar kəndi 85 il sonra qapılarını kənar şəxslərə açıb.

cypress-cove-nudist-resort

Günlük həyat tərzləri, fəaliyyətləri barədə məlumat verən kənd sakinləri buradakı yaşayışlarından olduqca məmnun olduqlarını bildiriblər. Kənd sakinlərinin sözlərinə görə, bu kəndi sevmələrinin əsas səbəbi çılpaq şəkildə heç bir narahatlıq hiss etmədən gəzə, əylənə bilmələridir.

Pubı,restoranı, bilyard zalı və digər əyləncə zalları olan, eyni zamanda təbiət qoynunda yerləşən bu ərazi kəndlə şəhərin əsil sintezidir.

nude

Kənddə ümumilikdə 58 ev var. Bunlardan 34-ündə yerli əhali yaşayır, digər 24 ev isə yayda və qışda bura istirahətə gələn insanlara kirayə verilir. Yerli sakinlərin sözlərinə görə, Ardı »

MaraqsızA kişi, əlavə bezin olmaz?

Çox güman ki, başlıq olmadan yalnız şəkli paylaşsaydıq, çoxunuz şəkilin nədən bəhs etdiyini anlamaqda çətinlik çəkəcəkdiniz. Gördüyünüz bu şəkili bizə hazırda Fransada olan oxucularımız göndərib. Şəkilin mənasını anlamaqda hələ də çətinlik çəkənlər üçün bildirək ki, bunlar Fransada əksər mağaza və apteklərdə satışda olan kişi bezləridir. Bu bezlərə nəinki Fransada, demək olar ki, əksər Avropa ölkələrində hər bir mağazada rast gəlmək mümkündür. Bəziləri üçün bu qəribə görünə bilər: “Kişi nədir, bez nədir?” deyə düşünənlər də ola bilər. Amma Avropada bu bezlər təmizliyinə hər şeydən çox diqqət yetirən kişilərin çoxdan gözlədiyi məhsullardan hesab edilir. Yəqin ki, onun nə üçün və necə istifadə edilməsi Ardı »

MaraqsızKeyfiyyətli şərabı belə seçərlər

Sevdiyiniz insanla yaddaqalan şam yeməyi təşkil etmək istəyirsinizsə, seçdiyiniz yerin keyfiyyətindən tutmuş, sifariş verdiyiniz yeməyin, içkinin keyfiyyətinə qədər hər şeyə xüsusi həssaslıqla yanaşmalısınız. Çünki sizə hiss etdirməsə də, qadın bütün bu incəliklərə diqqətlə fikir verir.
Bu dəfə sizə romantik görüşlərin əsas yaraşığı sayılan şərab seçimi haqqında məlumat vermək istəyirik. Keyfiyyətli şərab necə olur? Onun keyfiyyəti nələrdən aslıdır?
Şərabın keyfiyyətini yoxlamaq üçün dad alma, qoxulama, görmə duyğularının hamısından istifadə etməliyik. Çalışın ki, şərabı dadmazdan öncə çox acı, turş, şirin yeməklərdən uzaq durasınız. Çünki bu zaman ağız dadınız şərabın əsil dadını hiss etməyinizə mane olacaq.

Doğru qədəh seçimi
Şərabın əsil dadını hiss etmək istəyirsinizə, ilk olaraq seçdiyiniz Ardı »

MaraqsızBu məqalə qadınları robot olmayan kişilər üçündür

Əziz kişilər, əgər evli deyilsinizsə, ya da ən az sizin qədər məşğul, işinəbağlı bir qadınla evlisinizsə, işə ütülənməmiş, qırış-qırış köynəklə getməmək üçün bəzən özünüz paltarınızı ütüləməyə məcbur olacaqsınız. Əminik ki, bu cümləni oxuyar-oxumaz: “Mən bunu heç vaxt etmərəm” deyən kişilər də olacaq. Amma unutmayın ki, xanımınız da robot deyil, nələrsə onun da yadından çıxa bilər. Buna görə də bəzən qarşı tərəf üçün belə fədəkarlıqlar etmək lazımdır.

Əslində bu zaman kişilərin əsəbləşməyinin əsas səbəblərindən biri də bu çıxılmaz vəziyyətdən çıxış yolunu bilməmələridir. Qəbul edək ki, çoxlarımız öz köynəyimizi ütüləyə bilmirik. Ütüləsək belə, qadının ütülədiyi köynəklə bizim ütülədiyimiz arasındakı fərq o dəqiqə Ardı »

MaraqsızXoşbəxtliyin sirri bundadır

Altı ölkənin elm adamlarının müxtəlif vaxtlarda apardıqları araşdırmalar nəticəsində məlum olub ki, demək olar ki, bütün insanları xoşbəxt edən təməl prinsiplər eynidir.
Arışdırmalar nəticəsində insanların özlərini xoşbəxt hiss etmələrinə səbəb olan səkkiz əsas prinsip açıqlanıb. Bütün bu tədqiqatların nəticələri “Psychological Bulletin” jurnalında “Xoşbəxtliyin resepti” başlığı ilə dərc edilib.
Əziz oxucular, indi həmin məqalədə yer alan maddələr barəsində sizə məlumat vermək istəyirik.
`
6 saatdan çox yatmaq
Tədqiqatçılar, gecə 6 saatdan çox yatan yetişkinlərin günə daha gümrah, yüksək əhval-ruhiyyə ilə başladıqlarını bildiriblər. Uşaqlar və gənclər üçün isə bu zaman 8 saat müəyyənləşdirilib.

Hədəflər
Hər hansısa hədəfi olan insanların depresiyadan daha asan qurtulduğu məlum olub. Məqsədlərin həmçinin insanların yaşama sevincini Ardı »

MaraqsızCinsi xəstəliklərə son

Avstraliyalı tədqiqatçılar cinsi yolla yoluxan xəstəliklərin qarşısını almağın həlli yollarını tapıblar. Avstraliyanın biotexnologiya firması olan Starpharma tərəfindən istehsal edilən Vivaget adlı gel cinsi yolla yoluxan AİDS və bu kimi xəstəlik viruslarının 99,9%-ini zərərsiz hala gətirir. Firma bunun üçün qondom istehsalçısı olan Okamoto firması ilə müqavilə bağlayıb. Cinsi yolla yayılan xəstəliklərin həlli yolu olacaq bu qondomların yaxın zamanda Avstraliyada satışa təqdim edilməsi gözlənilir. Ardı »

MaraqsızÇılpaq qadınlardan ilhamlanaraq yaradılan jurnal

Yəqin ki, “Playboy” haqqında eşitməyən kişi yoxdur. İlk dəfə 1953-cü ildə yayımlanan jurnalın maraqlı yaranma tarixi var. Keçən il 60 yaşını qeyd edən “Playboy” jurnalı internetlə gərgin rəqabət aparsa da, bu gün də öz məşhurluğunu qoruyub saxlayır. Jurnal ilk dəfə çıxanda üz qapağında hələ karyerasının əvvəllərində olan Merlin Monronun 1949-cu ildə çəkilmiş çılpaq rəsmi yayımlanır. Borc pulla, bir mətbəx masası üzərində ilk nömrəsi hazırlanan jurnal tezliklə böyük səs-küyə səbəb olur, pornoqrafiyanı yaymaqda günahlandırılaraq Çin, Hindistan, Birma, Malaziya, İndoneziya kimi bir çox ölkələrdə yayımına qadağa qoyulur.
Jurnalın yaradıcısı Hugh Hefner əsgərlik vaxtı hər yerdən asılan çılpaq qadın şəkillərindən ilhamlanaraq bu jurnalı yaratmışdı. Təsadüfi Ardı »