Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dünyanın ən güclü 5 qadını

8 mart- Beynəlxalq Qadınlar Günü ilə əlaqədar bu dəfəki məqaləmizdə sizi dünyanın ən güclü beş qadını ilə tanış etmək istəyirik.
“Forbes” jurnalı hər il dünyanın ən güclü qadınlarının siyahısını təqdim edir. Bu dəfəki siyahıyda da 100 ən güclü iş qadının adı yer alıb. İndi o qadınlardan beşini daha yaxından tanıyaq.

Mary Barra
Amerikan avtomobil istehsalçısı General Motorsun (GM) direktoru olan bu xanım siyahıdakı ilk yerə sahiblik edir. 52 yaşlı Mary Barra bu şirkətdə adi elektrik mühəndisi kimi fəaliyyətə başlamasına baxmayaraq, direktor vəzifəsinə qədər yüksəlməyi bacarıb. İndi bir çox kişinin həsrətində olduğu güc sahibidir.

mary-barra-01-medium

Virginia Rometty
Informasiya nəhəngi olan IBM dünyadakı ən varlı şirkətlərdən hesab edilir. Onun birjadakı dəyəri 200 milyard dollarıdır. Bu şirkəti 2012-ci ildən bəri Virginia Rometty idarə edir. Romettynin başlıca hədəflərindən biri dünya bazarına inteqrasiyadır. Onun əsas məqsədi xüsusən də Afrikada “hakimiyyəti” ələ almaqdır.

Virginia Rometty

Indra Nooyi
Amerikan şirkəti PepsiCo dünyanın ən böyük ikinci qida istehsalçısıdır. 2006-cı ildən etibarən bu şirkətə Indra Nooyi rəhbərlik edir. Nooyinin direktor kimi uğurlu işlərinin sayəsində hər keçən il şirkətin sahib olduğu məbləğin dəyəri daha da artır. Nooyinin rəhbərlik etdiyi illər ərzində şirkətin ABŞ xaricindəki satışları iki qat artıb. dözdü. Hindistanda doğulan, iqtisadiyyat üzrə təəhsil alan bu lider qadın eyni zamanda idarəçilik üzrə də təhsil alıb.

Indra Nooyi

Maria das Gracas Silva Foster
Artıq 24 ildir ki, ən böyük təbii qaz və enerji istehsalçısı olan “Petrobras” şirkətində çalışan Maria das Gracas Silva Foster bir enerji şirkətinə liderlik edən ilk qadın idarəçidir. Müxtəlif sahələr üzrə təhsil alan təhsil alan 60 yaşlı bu brazilyalı qadın ixtisasca həm yaxşı kimyaçı, həm nüvə texnologiyaları mütəxəssisi və həm iqtisadçıdır.

Maria das Gracas Silva Foster

Ellen J. Kullmann

Təxminən 80 ölkədə fəaliyyət göstərən, dünyada kimya sənayesi sahəsindəki ən böyük şirkətlərdən hesab edilən “Dupont”a Ellen Kullman rəhbərlik edir. Şirkətin başına keçdikdən sonra o demək olar ki, bu müəssisəni yenidən yaradıb. Bunun nəticəsində də şirkətin beynəlxalq bazarlardaki təsiri onun hakimiyyəti dövründə daha da yüksəlməyə başlayıb.


Tarix: 07.01.2015 / 14:19 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqsız
loading...