beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülmək seksdən daha faydalıdır

Seksin insan əhval-ruhiyyəsinə təsiri ilə bağlı əvvəlki məqalələrdə məlumat vermişdik. Araşdırmalar nəticəsində belə məlum olub ki, seks insanın özünü xoşbəxt hiss etməsinə şərait yaradır, əsəb sistemini sabitləşdirir. Amma mütəxəssislərin fikrincə, insanı xoşbəxt edən yeganə şey seks deyil. Sinir sistemi və orqanizm üçün ən az seks qədər faydalı olan digər amillər də var. Bunlar isə aşağıdakılardır.

1.Bir körpəni qucaqlamaq
2.Gözündən yaş gələnə qədər gülmək
3.Sevdiyiniz insanın da sizi sevdiyini öyrənmək
4.Ən sevdiyiniz yeməyi heç nədən çəkinmədən, istədiyiniz qədər yemək
5.Gözləmədiyiniz halda sürprizlə rastlaşmaq
6.Üşüdüyünüzü hiss etdiyiniz zaman isti duş qəbul etmək
7.Rəfiqələrinizlə və ya dostlarınızla sabaha qədər əylənmək
8.Ürəyiniz istədiyi qədər alış-veriş etmək
9.Günəş vannası qəbul etmək
10.Səhər tezdən oyanarkən gözləmədiyiniz halda hazır səhər yeməyi ilə rastlaşmaq.
Gördüyünüz kimi insanın xoşbəxtliyi üçün o qədər də çox şey lazım deyil. Ətrafınızdakıları və özünüzü xoşbəxt etmək çox asandır.


Tarix: 07.01.2015 / 14:09 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Maraqsız