Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çində heyvanlar pornoya baxır

Statistikaya əsasən dünyada pornoqrafik kino və video sujetlərin istehsalına görə Almaniya liderlik edir. Bu ölkədə hər ay təxminən 600 yeni pornoqrafik film satış bazarına çıxarılır. Bu videolarda əsas dil kimi ingilis dilindən istifadə edilsə belə, hər ay təxminən 78 milyona yaxın pornovideo diskləri satılır.
Maraqlısı isə bundan ibarətdir ki, Çində ən çox pornovideo kasset alıcıları baytarlardır. Onlar heyvanların cütləşməsi üçün bu üsuldan istifadə edirlər. Belə ki, çox vaxt təbii mühitdə böyüməyən heyvanlar özlərini necə idarə etməli olduqlarını, cütləşməni bilmirlər. Bunun üçün onlara göstərilən belə videolar müəyyən mənada onları yönləndirir. Bu əsas sınaq kimi ilk dəfə pandalar üzərində təcrübədən keçirilib. Dörd yaşına qədər təbii mühitdən uzaq yaşayan panda cütləşmənin necə olduğunu bilmədiyi üçün ona pornovideolar izlədilib. Bir müddət sonra isə həmin panda hamilə qalıb.

Dostum sevgilimin məşuqudur
Avstriyada təxminən hər beş kişidən biri ən yaxın dostunun sevgilisi ilə cinsi əlaqədə olur. Amerikanlar və macarlar isə sevgililərinin onları başqa bir insana dəyişməsini tamamilə normal hal kimi qiymətləndirirlər.

Qadınları nə yoldan çıxarır?
Pakistanlı qadınlar üçün corabsız ayaqqabı geyinən kişilər daha cazibədardır. Malaziyada isə əksər otellərdə xoşagəlməz qoxusu ilə seçilən tikanlı Hindistan meyvəsi tapmaq mümkün deyil. Çünki malaziyalılar düşünürlər ki, bu qoxu qadınları yoldan çıxarmaq üçün kifayətdir.

Ən böyük təhqir: “Xanım siz çox zərifsiniz”
Misirli qadınlar üçün gözəllik anlayışı fərqli cür qəbul edilir. Belə ki, bu ölkədə kök qadınlar daha cazibədar hesab edilir. Buna görə də misirli bir qadın haqqında danışarkən onu zərif qadın adlandırmağınız təhqir kimi qəbul edilir.

Ən çox kimlər orqazm olur?
Almaniyada 27 yaşındakı qadınların 99%-i orqazmı yaşadıqlarını bildirirlər. Bu Almaniya kimi ölkə üçün o qədər də qeyri-adi hal deyil, çünki bu ölkədə demək olar ki, hər addımda müxtəlif seks oyuncaqları və pornovideo disklər satılan mağazalara rast gəlmək mümkündür. Məlumatlara əsasən alman qadınlarının əksinə olaraq Cənub-Şərqi Asiya, Şərqi Asiya, Orta Şərq və Afrikadakı qadınların böyük əksəriyyəti orqazm yaşaya bilmirler.


Tarix: 07.01.2015 / 14:07 Müəllif: Aziza Baxılıb: 149 Bölmə: Maraqsız
loading...