Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yapon kişiləri erotik komikslər oxuyur

Yaponiyada orta yaşlı bir kişinin əlində erotik komiks görsəniz, təəccüblənməyin. Çünki bəzi Yapon seksşopları oxucu marağı cəlb etmək üçün bu komikslərin üzərində gənc qızların istifadə edilmiş alt paltarlarını hədiyyə edir.

İtalyan kişilər ana quzusudur

Əksər qadınlar italyan kişilərini ideal tərəf müqabili hesab edirlər. Onların fikrincə, italyanlar xarici görünüş baxımından daha cazibədardırlar. Amma italyan kişilərinin elə bir xasiyyəti var ki, bunu öyrənmək çox qadınların xəyalını heç edə bilər. Sən demə, xarizması ilə seçilən italyan kişiləri alilələrinə çox bağlı olurlar. Buna görə də onlar hətta evli olsalar belə, 30-40 yaşlarına qədər ailələri ilə yaşayır, valideynlərindən ayrılmaq istəmirlər. Xüsusən də 30-40 yaşındakı subay bir italyan kişisinin ailəsindən ayrılıb başqa evə köçməsinə az hallarda rast gəlinir.

Səssiz seks

İsveçrə qanunlarına görə, axşam saat 10-dan sonra hansısa bir qonşunun evindən səs-küy eşitsəniz, onu rahatlıqla polisə şikayət edə bilərsiniz. Bu zaman həmin qonşunuz ətrafdakıların istirahətinə mane olmaq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Buna görə də İsveçrədə cütlüklər rahat şəkildə seks həyatı yaşaya bilmirlər. Çünki onların gecə həyatı ən balaca bir səs-küyə görə polisə şikayət ediləcəklərindən qorxaraq keçir. Bu təhlükə xüsusən bina evində yaşayanlar üçün daha böyükdür. Bir dəfə qonşular axşam saat ondan birə qədər qonşuluqda yaşayan bir qadının evindən gələn səs-küyün onları narahat etməsi ilə bağlı polisə müraciət ediblər. Polisin hadisə yerinə gəlməsindən sonra məlum olub ki, həmin qadın mütəmadi olaraq qıc olmadan əziyyət çəkir. Bu saatlarda ətrafda səssizlik hökm sürdüyü üçün onun ağrınarkən çıxardığı səslər daha tez eşidilir.

Prezervativdən istifadə etməyən ölkələr

Çində yaşayanların 70, Çexiyada yaşayanların isə 65%-i yeni tanış olduğu insanlarla heç bir qorunma vasitəsi olmadan cinsi əlaqədə olurlar. Bu isə həmin ölkələrdə abort üçün həkimə müraciət edənlərin sayına ciddi təsir edir. Eləcə də cinsi xəstəliklərdən əziyyət çəkənlər sırasında adıçəkilən ölkələr liderlik edir.

Taylandda kişilərin evlənmədən öncə təxminən 30, qadınların isə 3 tərəf müqabili olur.


Tarix: 07.01.2015 / 14:07 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqsız
loading...