beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən zərərli içki

Bu yaxınlarda aparılan bir araşdırma sübut edib ki, bir çoxlarımızın sevimli içkisi olan milkshake ən zərərli qida növlərindən biridir.
Bəzilərimiz tərkibində olan südə görə milkshake-in orqanizm üçün xeyirli olduğunu düşünsək də, əslində onun tərkibində olan kalori və doymuş yağ asidi insan orqanizmi üçün olduqca zərərlidir.
Mütəxəssislər xüsusən də tərkibində şokolad olan milkshake-in ən təhlükəli içki növü olduğunu bildiriblər. Onların sözlərinə görə, şokoladlı milkshake-lər qaraciyər üçün ən arzuolunmaz içki növüdür.
Digər bir tərəfdən diyetoloqların sözlərinə görə, milkshake-in tərkibində olan maddələr piylənməyə, kökəlməyə səbəb olur. Buna görə də deyə bilərik ki, milkshake ən az fasd foodlar qədər sağlamlığımıza zərər yetirir.


Tarix: 07.01.2015 / 14:01 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqsız