beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Neqativ fikirlərdən necə qurtulaq?

Amerikalı elm adamları neqativ düşüncələrdən qurtulmağın asan yolunu tapıblar.
Sən demə, neqativ yönümlü düşüncələri vərəqlərə yazıb zibil qutusuna atmaqla onlardan asanlıqla qurtulmaq olurmuş. Alimlər bu üsulun insanın özünü ruhi cəhətdən daha rahat hiss etməsinə şərait yaradığı qənaətinə gəliblər.Bu araşdırmanı həyata keçirən Ohio Universitetinin professoru Richard Petty öz müsahibəsində bildirib: “Ola bilsin ki, bu üsul çoxlarına ağılsızlıq kimi görünəcək, amma bu da bir gerçəklikdir ki, insanların beyinlərini məşğul edən neqativ düşüncələr onların gündəlik həyatında da özün göstərir. Bu düşüncələr insanlara psixoloji yöndən təsir. Buna görə də belə bir üsulun faydalı olacağını düşündük”.

Elm adamları bu məsələ ilə bağlı üç təcrübə sınaqdan keçiriblər.

İnternet məkanında həyat keçirilən təcrübədə 90 tələbə iştirak edib. Təcrübədə iştirak edən iştirakçıların bir hissəsində onlayn formada düşüncələrini yazıb zibil qabına atmaq, digər hissəsinə isə onları yaddaşda saxlamaq məsləhət görülüb. Bu təcrübənin sonunda məlum olub ki, düşüncələrini zibil qutusuna göndərənlər onlardan daha asan qurtula bilirlər.

Həmçinin təcrübədə iştirak edənlərdən, pozitiv fikirlərini, müsbət düşüncələrini yazıb çantalarında və ya pul qablarında saxlamaq da istənilib. Bu təcrübənin isə insanlara müsbət yöndə təsir etdiyi üzə çıxıb.

Araşdırma “Psychological Science” jurnalında dərc edilib.


Tarix: 07.01.2015 / 14:21 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqsız