Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri cazibədar edən 10 qüsur

Biz kişilərin bəzi qüsurları qadınlara cazibədar gəlirmiş. Bu qadınlar kişilərin bəzi qüsurlarının onların digər kişilərdən fərqli göstərdiyini və cazibədar olduğunu düşünür. Məsələn keçəllik bir qüsur olaraq görünə bilər. Ancaq saçları olmayan kişilərdən təsirlənən qadınların nə qədər də çox olduğunu hər kəs bilir. Yəni qüsuru üstünlük olaraq istifadə etmiş olursunuz. Bir azdan verəcəyimiz qüsurlar sizdə də varsa, bunları lehinizə çevirmək sizin əlinizdədir.

1)"R"ləri söyləyə bilməmək;
Nədənsə bəzi qadınlar Rləri söyləyə bilməyən kişiləri çox sevimli hesab edirlər. Sevimlilik isə qapıları açacaq mənalı bir açara çevrilə bilir.

2)Utancaqlıq;
Hərhalda utancaq adam növü azalmaqda olduğuna görə, qadınlar bu növün son nümunələriylə qarşılaşanda xəyallara qapılmaqdan özlərini ayıra bilmirlər.

3)Keçəllik;
Saçsız kişilərlə əlaqədar şəhər əfsanələri, qadınların marağını cəlb edir. Maraqlı baxışlar bir neçə kiçik atraksiyonla heyranlığa çevrilə bilir.

4)Sərt dərili əllər;
Qadınlar yumşaq əlli kişiləri xoşlamırlar. Çünki o zaman öz yumşaqlıqlarını hiss edə bilmirlər. Əldəki sərtlik özlərini yanınızda etibarda və qadın kimi hiss etmələrini təmin edə bilirlər.

5)Qırıb-tökən;
Hər qadın bir ana olduğundan, qırıb-tökən kişilər də qəribə bir şəkildə qadınlara sevimli gəlir. Amma təbii qırıb-tökən məsələsinin həyati təhlükə ehtiva edə biləcəyini ağılda tutub ölçünü ağ etməmək lazımdır.

6)Gözəl bir qadınla münasibət;
Maraqlıdır, yaraşıqlı olmasa belə yanındakı gözəl qadın kişinin cazibəsinə cazibə qatır. Yəqin qadınlar bir-birləriylə rəqabət aparmağı sevirlər.

7)Cinsi münasibət xaricində hər hansı bir şeyə ehtiraslı bağlılıq;
Araşdırmalar qadınların ehtiraslı kişiləri sevdiyini göstərir. O tutqunun bir gün özlərinə yönələ biləcəyi ehtimalı reallaşmasa belə qadınlardakı bağlılıq azalmır.

8)Ağlamaq;
Ağlayan kişilər qadınların dərhal diqqətini çəkir. Tək təbii hər dəqiqə ağlamaqdan deyil, onun yanında ağlamaqdan danışırıq. Bu şəkildə özlərini xüsusi hiss edirlər.

9)Ütüsüz köynəklər;
Ütüsüz köynək, baxıma möhtac kişinin, bu səbəbdən bir yuvanın xəbərçisi kimi görülür. Bu məlumatdan faydalanarkən diqqətli olun. Yerinə gətirə bilməyəcəyiniz vədlər verməyin.

10)Qısqanclıq;
Həddindən artıq qısqanclıq qadınları qaçırır. Amma normal olanda qorunduqlarını hiss edir və bundan böyük bir həzz duyurlar.


Tarix: 30.12.2012 / 12:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 382 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...