Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağsız pəhriz: bu düzgündürmü?

Bəziləri arıqlamaq istədikdə bir çox yağlı yeməkləri qida rasionundan çıxarmaq qərarına gəlirlər. Lakin bu

düzgündürmü?Alimlərin bu haqda fikirləri.

Əvvəllər yağlı məhsulları yemək məsləhət görülmürdü: hesab edilirdi ki, kərə yağı və donuz piyi zərərli, bitki yağları isə xeyirlidir. Yağlarsız isə daha yaxşıdır: həm yaraşıqlı görkəmə, həm də sağlam olmağa görə.

Lakin son illər dietoloqların bəziləri əvvəllər hökm sürən fikirləri qəbul etmirlər. Alimlər çoxsaylı tədqiqatlara əsaslanaraq artıq bu nəticəyə gəlmişlər ki, qarışıq pəhrizdə olan, yəni rasionunda həm heyvani, həm də bitki yağları olan insanlar daha sağlam və fizik aktiv olurlar.



Yağlardan tam imtina nə ilə nəticələnir?

Əslində yağlardan tam imtina etmək olmaz. Onların çatışmazlığını aradan qaldırmaq üçün orqanizm karbohidratdan yağlar hasil edir. Bu o qədər də əlverişli deyil, çünki karbohidratlardan alınan yağlar o qədər də faydalı olmur.

Son illər ABŞ –da yağsız qida məhsullarının istifadə olunması kök adamların sayının azalmasına gətirib çıxarmadı. Əksinə, Amerikada kök adamların sayı getdikcə çoxalır, şəkərli diabet, hipertoniya xəstəliklərinin sayı getdikcə artır ki, bu da birbaşa artıq çəki ilə bağlıdır. Deməli, kökəlməyə yalnız yağlı qida qəbulu səbəb deyil. Beləliklə aydın olur ki, sağlamlıq üçün yağsız pəhriz o qədər də faydalı deyil. Yağların çatışmazlığı ümumi maddələr mübadiləsi pozulmasına gətirib çıxara bilər.

Daha bir fikir var – marqarin yağdan daha xeyirlidir, deməli, yağı marqarinlə də əvəz etmək olar. Doğrudur, marqarində xolesterin yoxdur, lakin tərkibində transyağ turşuları var. Onlar yağ turşularını parçalayır ki, bu da normal deyil. Bu yaxınlarda İngiltərədə 80 min tibb bacısı üzərində aparılan çoxillik müşahidələr nəticəsində aydın olmuşdur ki, trans yağlarla qidalanan insanlar arasında miokard infarktı və ürəyin işemik xəstəliyindən ölüm halları daha çox olur.Yağ məhsulları enerji mənbəyidir

Onlar bədənin istilik tənzimində mühüm rol oynayır. Yağların ehtiyatı çox olduqda uzun müddət qidasız qalmaq olur. Yağlar xüsusilə şimal bölgələrində yaşayanlar üçün vacibdir. Ətraf mühitin temperaturu aşağı olduqda hər səhər kərə yağı və ya digər tutumlu qida qəbul etmək lazımdır. Məhz buna görə də bir çox şimal rayonlarının sakinləri yağlı balıq yeməyə üstünlük verirlər.

Yağlar dərialtı piy təbəqəsində və daxili orqanların ətrafında toplanaraq orqanizmin temperatur tənzimini təmin etməyə kömək edirlər. Bununla da soyuma riski azalır. Uzaq Şimalda yaşayanlarda ateroskleroz və ürək-damar xəstəliklərinə az rast gəlinir. Halbuki onların çoxu ilboyu yağlı yemək yeyirlər. Alimlər bunu balıq yağının qəbul edilməsi ilə əlaqələndirirlər.





Ağıl və gözəllik üçün

Yağlar hüceyrələrin tərkibinə daxil olur, deməli onların təzələnməsi üçün lazımdır. Xüsusilə sinir hüceyrələrində və baş beyində yağa bənzər maddələr var. Ona görə də uşaq yaşlarında zəif qidalanma intellektin inkişafına mənfi təsir göstərir. Məktəb yaşlı uşaqlarda yağların kifayət qəbul edilməməsi dərsi mənimsəmək və öyrənmək qabiliyyətini aşağı salır.

Xolesterin isə orqanizmdə bir çox bioloji aktiv maddələrin hasil olunması üçün vacibdir: öd turşuları, cinsi hormonlar və digər maddələr xolesterin olmadan ifraz olunmur. Əgər qadın orqanizmində yağlar çatışmırsa, bu zaman aybaşı azalmış olur və ya tamamilə olmur, mayalanma mümkün olmur. A, E, D, K vitaminləri yalnız yağlı qida ilə mənimsənilir ki, vitaminlər və yağlar həm də saçların sağlam olması, dərinin hamar, sağlam olması üçün vacibdir.





Əvəz olunmayan turşular

Orqanizm üçün faydalı olan qida məhsullarından biri də əvəz olunmayan turşulardır. İnsan onları yalnız qida ilə qəbul edir. Onlar balıq və balıq yağı, kətan yağı və digər bitki yağlarındadır. Xolesterini azaldır, aterosklerozun qarşısını alır və damarların elaktikliyini artırır.

Yağlar orqanizmin formasını saxlamaq üçün də lazımdır. Çox arıq qadınlarda böyrəklərin düşmə təhlükəsi var. Çünki orqanizmdaxili piy daxili orqanları müəyyən səviyyədə saxlayır və orqanizmə xaricdən gələn zərbələri geri qaytarır. Təsdiq olunmuşdur ki, arıq adamlarda köklərə nisbətən osteoporoz və sınıqlar daha çox təsadüf olunur. Ona görə də çəki az olduqda asan mənimsənilən süd məhsulları və bitki yağları qəbul etmək məsləhətdir.

Təbii və faydalı

Əslində qəbul etdiyimiz qidanın tərkibi çox vacibdir və sağlamlığımızı demək olar ki, müəyyən edir. Yediyimiz məhsullar nə qədər az kimyəvi və termiki işləməyə məruz qalsalar bir o qədər xeyirlidirlər. Məsələn, günəbaxan yağı onun tumlarının tərkibində, balıq yağı yağlı balıqlarda olur və s. Bu zaman insan lazımsız bioloji əlavələrdən uzaq ola bilər. Ona görə də tərkibində transyağlar olan məhsullardan uzaq olun. Onlar un məmulatları, konfetlərin içi, çipsilər, kartof - fri, kreker, peçenye və digər qənnadı məmulatlarında olur. Palma yağı da ağır məhsul hesab edilir. O bəzi şokoladların tərkibində olur.



Nə seçməli?

Heyvani yağlardan birdəfəlik imtina etmək olmaz. Məsələn, südün tərkibində yüksək bioloji dəyəri olan 20-ə yaxın yağ var. Orta yağlılıqda olan turş-süd məhsulları daha yaxşı mənimsənilir. Omeqa -3, kətan yağı, dəniz balıqları yaxşı mənimsənilir. Omeqa–3 aterosklerozun profilaktikası üçün vacibdir. O daha çox balıqda, qarğıdalı yağında olur. Çalışın ki, bu məhsulları daha çox yeyəsiniz, salatlara bu yağdan əlavə edəsiniz. İnsan üçün ən faydalısı rafinə olunmamış yağlardır. Əgər sizə onların dadı xoş gəlmirsə, o zaman zeytun, qoz, günəbaxan tumları, avokado yeyin.


Tarix: 07.12.2012 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 675 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...