Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xanımların illik xərcləri

"Daily express” xəbər verir ki, elm adamları müəyyən edib ki, qadınlar bütün ömürləri boyunca geyimlərinə təxminən 84.000, ayaqqabılarına isə 14.000 funt sterlinq xərcləyir. Orta hesabla hər bir qadın il ərzində özünə 3.109 ədəd müxtəlif əşyalar alır. Bura 271 cüt ayaqqabı, ümumi qiyməti 7.699 funt sterlinq olan 185 ədəd geyim, ümumi qiyməti 5.420 funt sterlinq olan 145 ədəd çanta daxildir. Həmçinin 66 ədəd papaq və təxminən ümumi qiyməti 6.000 funt sterlinq olan cins geyimlər alır. Tədqiqatlar onu da göstərib ki, yaşı 25-dən aşağı olan xanımlar paltara daha çox pul xərcləyir. Ümumilikdə bu məbləğ 129.903 funt sterlinqə bərabərdir. Yaşı 50-dən çox olan xanımlar isə paltara 63.571 funt sterlinq xərcləyir


Tarix: 29.12.2012 / 18:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 117 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...