beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Makiyaj fırçalarının ömrünü necə uzatmaq olar?

Makiyaj fırçalarınızı iki həftədə bir kremli şampunla yaxud da soyuq su ilə yusanız onların ömrünü uzada bilərsiniz. Fırçanı yuyarkən suyun altında başı aşağı tutun.

Beləcə, fırça tüklərinə zərər vermədən onu qoruya biləcəksiniz. Həmçinin fırçadan hər dəfə istifadə etdikdən sonra xüsusi onun üçün hazırlanan Brush Cleanser ilə də təmizləyə bilərsiniz.

Su və spirtdən hazırlanan bu məhlul fırçanın tüklərini təmizləməklə yanaşı, həm də onu dezinfeksiya edər, yumşaq qalmasını təmin edər.Onun qurumasının qarşısını alar. Belə ki, Brush Cleanseri dəsmal üzərinə tökərək fırçanı təmizləyib sonra onun qurumasını gözləyin.

Fırçanın təmizliyinə diqqət etmək həm də dəri baxımından çox əhəmiyyətlidir.

Çirkli fırçayla makiyaj etmək hər şeydən əvvəl gigiyena cəhətdən təhlükəlidir. Onun üzərində müxtəlif bakteriyalar yarana bilər, sonda isə dərinizdə arzuolunmaz ləkələrlə qarşılaşa bilərsiniz.

Eyni zamanda çirkli fırça, səliqəsiz makiyajın da olacağına zəmin yaradır. Istifadə etdiyiniz rənglər bir-birinə qarışar və istədiyiniz rəngləri almağınız çətinləşər.

Makiyaj fırçaları mütəmadi olaraq təmizlənsə ondan uzun müddət yararlana bilərsiniz. Lakin görsəniz onun tükləri artıq həddindən artıq tökülürsə o zaman fırçalarınızı yenisi ilə əvəzləyin.Makiyaj fırçalarınızı iki həftədə bir kremli şampunla yaxud da soyuq su ilə yusanız onların ömrünü uzada bilərsiniz. Fırçanı yuyarkən suyun altında başı aşağı tutun.

Beləcə, fırça tüklərinə zərər vermədən onu qoruya biləcəksiniz. Həmçinin fırçadan hər dəfə istifadə etdikdən sonra xüsusi onun üçün hazırlanan Brush Cleanser ilə də təmizləyə bilərsiniz.

Su və spirtdən hazırlanan bu məhlul fırçanın tüklərini təmizləməklə yanaşı, həm də onu dezinfeksiya edər, yumşaq qalmasını təmin edər.Onun qurumasının qarşısını alar. Belə ki, Brush Cleanseri dəsmal üzərinə tökərək fırçanı təmizləyib sonra onun qurumasını gözləyin.

Fırçanın təmizliyinə diqqət etmək həm də dəri baxımından çox əhəmiyyətlidir.

Çirkli fırçayla makiyaj etmək hər şeydən əvvəl gigiyena cəhətdən təhlükəlidir. Onun üzərində müxtəlif bakteriyalar yarana bilər, sonda isə dərinizdə arzuolunmaz ləkələrlə qarşılaşa bilərsiniz.

Eyni zamanda çirkli fırça, səliqəsiz makiyajın da olacağına zəmin yaradır. Istifadə etdiyiniz rənglər bir-birinə qarışar və istədiyiniz rəngləri almağınız çətinləşər.

Makiyaj fırçaları mütəmadi olaraq təmizlənsə ondan uzun müddət yararlana bilərsiniz. Lakin görsəniz onun tükləri artıq həddindən artıq tökülürsə o zaman fırçalarınızı yenisi ilə əvəzləyin.


Tarix: 25.12.2012 / 20:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 212 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri