beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saxta məhsullardan qorunun!

Zərif cinsin nümayəndələrinin heç zaman vaz keçə bilmədiyi vasitələrdən biri kosmetika hesab olunur. Adi günlərdə, xüsusi ziyafətlərə gedərkən kosmetik vasitələrə üz tuturuq. Son zamanlar isə saxta kosmetikalar xanımların kosmetik çantalarına daxil olmaqdadır. Bu barədə peşəkarlar danışıblar. Onlar saxta məhsullardan qorunmağın yollarını da söyləyiblər.

Yay mövsümünün gəlişi ilə xanımların dahada çox maraq göstərdiyi gözəllik məhsulları olan kosmetikaları alarkən diqqətli olmaq lazımdır. Həkimlər saxta kosmetika məhsullarında əks təsirə malik olan maddələrin olduğunu vurğulayır.
Saxta kosmetika dəridə allergiya, səpgi, qaşınma, qızarma kimi bir çox problemlərə yol açır.

Aparılan araşdırmalarda bir çox saxta ətirlərin tərkibində methanol adlı zəhərli maddəyə rast gəlinmişdir ki, bu da insan sağlamlığına mənfi təsir edir.

Həkimlər bazar və ya küçə kimi açıq satış yerlərində satılan kosmetikalardan mümkün qədər uzaq durmağı alınan malların üzərindəki istifadə müddətini və tərkibini bildirən yazılar oxunaqlı olmalıdır.


Tarix: 25.12.2012 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 250 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri