beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

sağlam və dümağ dişlər üçün 10 qızıl təklif…

Çeynəməyə və danışmağa yaramayan dişlər, həmdə görünüşümüzə də təsir edir. Dişlərinizin həm ağ həm də sağlam olmasını istəyirsinizə, sizin üçün sağlam və dümağ dişlər üçün 10 qızıl təklif…
Dişlərinizə ağ diş diyeti tətbiq edin. Dişlərinizdə ləkə edə biləcək yeməklər yediyinizdə ya da içdiyinizdə dərhal dişlərinizi fırçalayın ya da yaxşı bir ağartma maddəsi istifadə edin. Bütün bunlarla yanaşı bir alma da yeyə bilərsiniz.
Ən az 2 ya da 3 ayda bir diş fırçanızı dəyişdirin.
Dişlərinizi 45 dərəcəlik bucaqla dairəvi hərəkətlərlə yavaş yavaş fırçalayın. Dişlərinizi fırçalarkən diş minalarına zərər verməməyə diqqət edin.
Nəfəsinizi təzələmək və diliniz üzərindəki valı qaldırmaq üçün dilinizi hər səhər dil təmizləyiciylə təmizləyin.
Tərəvəzlər yeməlisiniz. Təbii diş fırçası olaraq bilinən almanın yanında çiy kök, partlamış qarğıdalı və kərəviz yeyə bilərsiniz.
Səhərlər alma sirkəsiylə qarqara edin və sonra dişlərinizi fırçalayın. Sirkə, ləkələrin yox olmasına kömək edər.
Dişlərinizi ağartmaq və ləkələri yox etmək üçün həftədə bir dəfə karbonatla fırçalayın. Diş pastası yerinə karbonat sürün. Diş pastasına alternativ olaraq duz da istifadə edə bilərsiniz. Diş ətlərinizi təzələnilmiş hiss etməyə başlarsınızsa, dişlərinizi duzla iki gündə bir fırçalayın.
Nəfəsinizin təmiz olmasına diqqət edin. Nəfəsinizin təmizliyinə nəzarət etmək üçün ovucunuzun içini yalayın və hələ yaşkən iyləyin. Əgər bir şey iy verirsə, şəkərsiz nanəli şəkər yeyə bilər ya da spirtsiz ağız qarqarası istifadə edə bilərsiniz.
Dişlərinizin arasını diş ipliyiylə təmizləyin. Aynaya baxmadan təmizləməyə alışsanız, avtomobildə, yataqda və əhəmiyyətli yığıncaq əvvəlində dişlərinizi diş ipiylə təmizləyə bilərsiniz.
Səhərlər qalxınca edəcəyiniz ilk iş dişlərinizi fırçalamaq olmalı. Beləcə yatarkən törəyən bakteriyanı yox etmiş olarsınız.


Tarix: 25.12.2012 / 20:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 259 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri