beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaşı formaya salmağın yolları

Qaşlarından razı olmayan xanımlar kifayət qədərdir. Bu dəfə isə qaş makiyajı haqda danışacağıq.

Qaş problemləri olanlar daha diqqətli olsunlar. Qısası mütəxəssislərin verdiyi dəyərli məsləhətlərdən sonra istədiyiniz qaş şəklinə sahib olacaqsınız.

Bu isə sizin uzun zamanınızı almayacaq. Hətta qaşlarının tökülüb seyrəlməsindən əziyyət çəkən xanımlara da faydalı ola biləcək məsləhətlər var.
Qaşınızdakı boşluqları görmək üçün əvvəlcə onları fırçayla daramaq gərəkdir.
Qaş rənginə uyğun karandaşla üfüqi istiqamətdə boşluqları doldurmağa çalışın. Belə karandaş seçərkən onun rəngini qaşınızın rəngindən bir ton açıq olmasına diqqət yetirin. Qara qaşlara sahib olanlar qəhvə rəngli karandaşdan istifadə edə bilərlər.
Qaşlar üçün nəzərdə tutulmuş tujlardan yararlana bilərsiniz. Bu qaşlarınızı daranmış, səliqəli və daha qalın göstərə bilər. Təbii ki, bu məsləhət seyrək qaşları olanlara aiddir.
Qaşlarınızı formaya salmaq üçün onu qayçılayıb kəsmək istəmirsinizsə o zaman saç spreyindən istifadə edə bilərsiniz. Ancaq axşam onları təmizləməyi də yaddan çıxarmayın.


Tarix: 24.12.2012 / 19:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 311 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri