beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadına Hörmət vacibdir!

Məni bu xəbəri hazırlamağa saytların birində gördüyüm bu şəkil məcbur etdi. Bu şəkil bizə "O olmasın, bu olsun" filmindən məhşur epizodu xatırladır. Təəssüf ki, bəzi kişilər həyat yoldaşını hambal kimi görür.


Ancaq dinimizdə belə buyurulur ki:
1. Xanımlarınızı əzməyin. Onlar sizə Allah-Təalanın əmanətidir.
2. Xanımının haqlarını əzib keçən kişinin oruc, namazı qəbul olunmaz.
3. Xanımının pis xüsusiyətilərinə səbr edən kişi bəlalara səbr edən Hz.Əyyüb kimi mükafatlara qovuşar. Bu, təkcə kişilərə aid deyil, həmçinin yoldaşının pis xüsusiyyətlərinə səbr edən qadın Hz.Asiya kimi savaba qovuşar.
4.Ən üstün mömün ən yaxşı müsəlman xanımına yaxşı, lütfkar davranandır.
Bəzi kişilər (qadınlarmız da az deyil) vardır ki, ailədə qız uşağının dünyaya gəlməsinə qarşı çıxır. Evdə onunla kobud rəftar edir, oğlan uşaqlarını üstün tutur.

Ancaq dinimizdə buyurulur ki:
1.Qız uşağını gözəl tərbiyə edib, Allah-Təalanın verdiyi nemətlərlə bolluq içində yedirdib, geyindirərsə, o qız uşağı onun üçün bərəkət olur. Cəhənnəmdən qutarıb, cənnətə girməsinə kömək olar.
2. Üç qız övladını mükəmməl tərbiyə edən mütləq cənnətlik olar.
3. Aldığınız meyvə və s.-ni oğlan uşağından öncə qız uşağına verin. Sevindirən şəxs Allah qorxusundan ağlayan insan kimi savab qazanar. Allah qorxusundan ağlayana cəhənnəm haramdır.
4. Üç qızına ehtiyacdan qurtaranacan yaxşı baxan, yedirdib-geyindirən cənnəti qazanar.
Hər nə olursa-olsun, əziz xanımlarımız və bəylərimiz, səbr edin. Misal var: "Səbr edən dərviş muradına ərmiş".
Sizlərə də səbr edərək muradınıza çatmağınızı arzu edirəm.


Tarix: 13.05.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 81 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri