beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu kişilərdən uzaq durun

Yəqin ki hər bir qadın həyatında özünə və xasiyyətinə uyğun gəlməyən bir kişi ilə qarşılaşıb. Heç bir şəkildə onunla razılaşa bilmədiyi, fikirləri uyğun gəlmədiyi ya da ünsiyyətsizlik problemləri çəkdiyi bir kişi ilə yəqin ki sizlər də qarşılaşmış ola bilərsiniz. Amma xoşbəxt bir evlilik yaşamaq istəyirsiznizsə, bəzi kişi tipləri var ki, onlardan qətiliklə uzaq dayanılması lazımdır.
Beləliklə əziz qadınlar gəlin həmin kişi tipləri ilə yaxından tanış olaq.

"Mama uşağı"
Əlbəttə hər bir insana onun anası çox əzizidir. Amma ana düşkünü olmaq və bu həddi keçmək kimi problemlər bu artıq ailədə gələcək xoşagəlməz vəziyyətlərin yaranmasına səbəb olacaq. Çünki ana düşkünü kişilər sizin hər anınızda ( bu xüsusi bir an belə ola bilər) anasını bir şəkildə hadisənin tam ortasına soxa biləcək bir potensiala sahib ola bilirlər. Məsələn yeni ili sizinlə keçirmək yerinə, anası ilə evdə oturmağı seçim edə bilər. Beləliklə əziz xanımlar ana düşgünü olan kişilərə diqqət edin.

Iş düşkünü olan kişilər
Bəli belə kişilər də var. Yadda saxlayın ki, özünü yalnız işinə və kariera qurma sevdasına həsr edən bir kişidən xeyir gözləməyin. Onun üçün əhəmiyyətli olan varsa yoxsa işidir. Siz nə desəniz də deyin, amma iş düşkünü bir kişi öz işini bitirmədən sizin üzünüzə belə baxmazlar. Bundan başqa bütün iş düşkünü olan kişilər olduqca darıxdırıcı bir auraya sahibdirlər. Siz isə belə kişilərdən uzaq durun.

Xəsis kişilər
Hər qadının həzm etmədiyi bir vəziyyətdir. Əlbəttə ki, haqsız da deyillər. Xəsis bir kişi ilə qadın necə ömür-gün keçirə bilər ki? İşin pis tərəfi isə odur ki, özünün pulunu xərcləməyi çatmırmış kimi, qadının xərclədiyi pulun hesabını da soruşarlar. Sanki gedən pul onun cibindən çıxır.

Təmizlik xəstələri
Qadınların təmizlik işləri görməsi bu normal bir haldır, əlbəttə ki kişi də bunu edə bilər. Ancaq bir də var ki həddindən artıq vasvası olan kişilər. Bax belə kişilərdən qadın da soyuyar. Təmizlik çox gözəl bir şeydir, üstəlik bir kişinin təmiz olması çox xoşdur. Lakin bu xəstəlik ölçüsünə gəturilirsə o kişilərdən uzaq durun.

Ata pulu yeyənlər
Məlum olmuşdur ki, ən itələyici kişi tipi də ata pulu yeyən kişilərdir. Bu utanc verici tablodan razı olan kişilər əlbəttə ki hər kəsin ətrafında mütləq şəkildə vardır. Ayrıca ata pulu yeyən bir kişi, həyat şərtlərinin və işin nə demək olduğunu bilməyəcəyi kimi mənfiliklər qarşısında özünə sahib çıxa bilməyəcək qədər qorxaq və bacarıqsız olurlar, bu üzdən belə kişilərdən çalışın uzaq olun.


Tarix: 12.05.2013 / 17:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri