beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl saçlar

1 Saçları həftədə 2-3 dəfə yuyursansa, onda üzərində "mütəmadi istifadə" (frequent use) yazılmış xüsusi şampunlardan istifadə et.

2 Nəm saçları daramaq olmaz. Onlar əvvəlcə qurumalıdır. Saçlar süngər kimidir, suyu özünə çəkir və ağırlaşır. Onları darayan kimi tökülməyə başlayır.

3 Saçı müntəzəm daramaq onların sağlamlığına yaxşı təsir göstərir. Uzun saçları gündə 2 dəfədən az olmamaq şərtilə daramaq lazımdır. Əvvəlcə onları qalındişli, sonra isə nazikdişli daraqla dara.

4 Saçları isti deyil, ilıq su ilə yumaq, bir az soyuq su ilə yaxalamaq lazımdır.

5 Saçların yumşaq və parlaq olmasını istəyirsənsə, onda qaynadılmış su ilə və ya 1 vedrə suya əlavə edilmiş 1 xörək qaşığı soda, yaxud borat turşusu ilə yu.

6 Qışda sıx baş geyimindən və saç düzümündən əlini üz. Saç soğanaqları qanla yaxşı təmin olunmadığına görə saçlar tökülməyə başlayır.

7 Saçların qalın və gözəl olması üçün tərkibində silisium (yulaf yarması, çörək) və kükürd (yumurta, süd, qarabaşaq, darı yarması) olan ərzaqlarla qidalan.

8 Saçları yuyarkən saçın dibini yaxşı-yaxşı ovuşdurmaq lazımdır. Bu, saçların tonusunu və qoruyucu funksiyalarını artırır, eləcə də saçların follikul vəzisini möhkəmləndirir.

9 İlk növbədə, saçların sağlamlığına sinir sisteminin vəziyyəti təsir göstərir. Dəliliyin nə qədər çox tutursa, başında bir o qədər tükün azalır və saçların zəifləyir. Stresin profilaktikası üçün gecə yatmamışdan əvvəl pişikotu məhlulu iç.

Çalış saç ayırımını tez-tez dəyiş və tellərini uzanmasının əks istiqamətində qurulama. Quru və normal saçlar üçün maskalar


Çörək maskası
- Qara çörəyin içini 2 saatlıq qaynar suda islat. Alınmış horranı saçlarının dibinə sürt və 1 saat gözlə. Sonra isə saçları axar suyun altında yu.

Bal maskası
- 1 xörək qaşığı bal, 1 xörək qaşığı aloye şirəsi və 1 ədəd yumurtanın sarısını qarışdır. Alınmış qarışığı saçlarna sürt və 20 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu.

Yumurta
2 ədəd yumurtanı çal, saçlarını ilıq (isti yox) su ilə islat və qarışığı sürt. 5-7 dəqiqədən sonra saçlarını şampunla yu.
Nəticə: Saçlar daha yumşaq və parlaq olur.

Araq
Araq saçlara valehedici parıltı bəxş edir. Arağı şampunla eyni proporsiyada götür və saçlarını yu.

Yoğurt/kefir/qatıq
Yağlı saçlar üçün xeyirlidir, saçdakı kəpəyi aradan götürür. Yuxarıda göstərilənlərdən birini bir neçə saatlıq saça sürt. Sonra isə şampunla yu.





Yağlı saçlar üçün maska

Ən effektiv maskalar soğandan olanlardır. Bu maska baş dərisinin vəziyyətini yaxşılaşdırır, saçları möhkəmləndirir və böyüməsini tezləşdirir. Bu cür vasitələrin çatışmayan cəhəti - qoxudur. Amma nə etmək olar; gözəllik qurban tələb edir.

- Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çək. Sonra başı polietilen papaq və dəsmalla ört. Yarım saatdan sonra saçları yu.

Saçları qalın və hamar edən maska

Eyni proporsiyada aşağıdakı komponentləri qarışdır:
- Bal
- Konyak
- Zeytun yağı

Maska saça 10 gündə bir dəfə çəkilir. Qarışığı saçlara yaxşıca sürt, başı polietilen papaqla və dəsmalla bağla. 1,5-2 saat gözlə.Daha sonra saçları şampunla yu. Ən sonda isə saçları ilıq suya əlavə edilmiş limon turşusu ilə yaxala. Uzunmüddətli maska olsa da, nəticə ürəkaçan olacaq. Saçlar qalın və hamar görünəcək.


Tarix: 30.12.2012 / 12:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 510 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri