Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pomada necə yarandı?

Pomada bir çox qadının imtina edilməz makiyaj vəsaitidir. Görəsən imtina edə bilmədiyimiz pomadanın tarixi necə başladı?
Gözəl görünmək üçünmü yoxsa başqa məqsədlərlə istifadə etmək üçünmü?

Hansı növ vəsaitlər istifadə edilirdi?

Pomadanın yaranma tarixi

Qədim Mesopotamiyalı qadınlar, böyük ehtimalla pomadanı icad edən və istifadə edən ilk insanlardır. Yarı qiymətli ləl-cəvahiratları üyüdərək dodaqlarını rəngləmək üçün bunları istifadə etdilər. Qədim Misirlilər, qarışdırdıqları müxtəlif bitki və heyvan yağlarını qırmızı güllə və dəmir oksidlə rəngləndirib dodaqlarına çəkirdilər. Lakin bu qarışıq pas qoxusu verirdi.Sonralar qarışıqdakı pas qoxusunu aradan qaldırmaq üçün təbii vəsaitlərdən istifadə edirdilər.

Ən köhnə çağlarda qadınlar pomada olaraq rəngli gili ya da gilas kimi meyvələri istifadə edirdilər. Bəzi turşulu bitkilərin sularını dodaqlarını rəngləndirmək üçün istifadə etdiklərindən bəhs edilir. Bu cür meyvələrin suları qanın dodaqlara toplanmasını təmin edərdi.

Qədim dövrlərdə soylu Yapon qadınların çox makiyajla insanlar arasına çıxmasına icazə verilmirdi. Soylu qadınlar makiyajlarında ağ və qara istifadə edirdilər.

Orta əsrlərdə Papa qadağan etdiyi üçün qadınlar makiyaj etmirdilər. Bir neçə yüz il makiyajdan uzaqlaşdırılmış olsa da sonradan sıx bir şəkildə istifadə edilməyə başlandı.

17-ci əsrdə, İngiltərədə parlament kişiləri qoruyan bir qanun çıxarmaq məcburiyyətində qalmışdı. Evlilik əvvəli makiyajla gözəlləşən qadınların, evlilik sonrası makiyajsız halını görüb bunu bəyənməyən kişilərin boşanmaları asanlaşdırılmışdı. Makiyajsız çirkinlik gerçək bir boşanma səbəbi idi.

18-ci əsrdə pomada yalnız qadınlar deyil kişilər arasında da son dərəcə məşhur idi. Fransız mühakimə sistemində vəzifəli kişilər pomada düzəldir və bunu dodaqlarına tətbiq edirdilər. Pomada bildiyimiz formaya ilk dəfə 1915-ci ildə gəldi. Bir neçə il sonra gündəlik vərdiş halına gəldi.


Pomadalar fərqli konsentrasiyalarda şamların, yağların və piqmentlerin qarışığıdır. Məsələn dodaqda uzun müddət qalması istənən bir pomadada yüksək miqdarda şam, az miqdarda yağ və yüksək nisbətdə pigment olur. Bunun əksi olaraq düz və kremli bir görünüş verən pomadada az şam və çox yağ olur.


Pomadalarda istifadə edilən şamlar ümumiyyətlə bal mumu, təbii bal mumu (candalıla wax), Braziliya bal mumu (carnauba şamı), ozokerit şamı, lanolin şamı, ceresin şamı və digər sintetik şamlardır. Ümumiyyətlə arzulanan ərimə nöqtəsini əldə etmək üçün bu şamların müxtəlif qarışıqları istifadə edilməkdədir. Bəs pomada haqqında nələri bilmirik?

*Misirin ən məşhur kraliçası Kleopatra, dodaqlarının daha canlı görünməsi üçün qırmızı rənglə rəngləyərmiş.


* Pomada, 16-cı əsrdə İngiltərə Kraliçası I. Elizabeth və onun ətrafındakı qadınlar tərəfindən istifadə edilməsi ilə məşhurluq qazandı. Dodaqlarını, bal mumu və qırmızı merkürik sülfit qarışığını istifadə edərək rəngləmişlər.


* Bir qadın həyatı boyunca ortalama olaraq 1 - 2 kiloqrama qədər pomadanı yalayaraq istehlak edər.


* 1770-ci ildə İngilis Parlamenti, pomada sürən qadınların cadugərlik etdiklərini iddia edərək bir qanun çıxardı.


* Max Factor, 1930-cu ildə dodaq parlatıcılarını kəşf etdi.


* Pomada, II. Dünya Müharibəsindən sonra kino sənayesinin inkişafı ilə məşhurluğunu artırdı və makiyaj etmək qadınlar üçün adi qəbul edilməyə başlandı.


* 1950-ci ildə, Amerikalı kimyagər Hazel Bishop, dünyanın ilk yayılmayan, uzun müddət qalıcı pomadasını kəşf etdi.


Tarix: 29.12.2012 / 18:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 500 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...