Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sükan arxasında qadın ehtirasdan xəbər verir

Bəşər aləmi yarandığı tarixdən qadınlar kişilər üçün gizli bir məxluq olub və olaraq da qalır. Əks cinsin nümayəndələrinə "Qadın dedikdə ağlınıza nə gəlir?” - sualını verdikdə cavablar müxtəlif oldu: zəriflik, incəlik, həssaslıq, gözəllik və s. Bu sualımızı daha dəqiqləşdirdikdə isə "Sükan arxasında qadın dedikə ağlınıza nə gəlir?”, cavablar isə belə oldu: seks, özünə inam, gizli ehtiras, cəlbedicilik, füsunkarlıq, məftunedicilik, gözqamaşdırıcılıq, temperament və sonda isə iş qadını.
Günümüzdə avtomobilin nə məqsədlə istifadə olunmasına baxmayaraq, qadınların kişilərdə oyatdığı təəssürat, demək olar ki, bir mənalı oldu – Ehtiras!
Kişilər təxəyyülündə formalaşdırdığı qadın sürücünü belə obrazda görürlər: kreslonun arxasına söykənmiş, dırnaqlarda süper manikür, bir əllə sükanı idarə edən, dünyaya qara eynək arxasından baxan, ətrafındakıları ecazkar bir gülüşlə ovsunlayan, açıq pəncərədən saçları uçuşan, dodaqlarında qırmızı dodaq boyası olan füsunkar bir qadın.
Bir xanım psixoloqa bu mövzu ilə müraciət etdik. Onun fikirləri də sükan arxasındakı xanımların əksəriyyətinin bundan nəzər cəlb etmək üçün sui-istifadə etdiyini təsdiqlədi: "Əksər kişilər sükan arxasında oturan qadında daim seksual nəsə axtarırlar. Sözsüz ki, çox vaxt buna şərait yaradan qadınlar olur. Sükan arxasında əyləşən qadın özünə əmindir. Avtomobil idarə etmək xanıma xüsusi cazibədarlıq bəxş etməklə bərabər, istifadə olunan geyim və bəzək əşyaları bundan heç də geri qalmır. Qadınların geyim seçimində seksual paltara üstünlük verməsi, qısa ətəklər, hündürdaban ayaqqabılar, vücudunu bir az qabarıqlaşdıran kip donlar, bununla bərabər, çox parlaq rəng çalarlarından istifadə qadının kişiləri cəzb etmək düşüncəsindən xəbər verir. Saçından dırnağına kimi ideal olan qadının sükan arxasında əyləşməsi artıq hər şeyin "həlli” deməkdir. Yəni, həmin xanım diqqət mərkəzində olmaq istəyir. O, cazibədar olduğunu bilir və bacardığı qədər də ətrafdakıların diqqətini cəlb etməyə çalışır. Hətta danışıqları da bir başqa cür olur. Sözsüz ki, bunu bütün xanımlara aid etmək olmaz. Avtomobil sürən qadınların bir hissəsini də iş qadınları təşkil edir”.
Həkim – psixoterapevtlərin iddialarına əsasən, avtomobil sürən qadınların cinsi fəallığı, piyada gəzən xanımlardan daha çox olur. Onların məlumatlarına görə, sükan arxasında oturan xanımlarda yuxarı tezlik və uzun müddətli cinsi əlaqə, ən vacibi isə parlaq və hissiyyatlı orqazm müşahidə olunur.
Psixoterapevtlər bunu bir neçə faktorla izah edirlər. Avtomobil qadınlar tərəfindən seksual simvol kimi qəbul olunur. Bundan əlavə, hərəkət zamanı avtomobilin daim titrəməsi və yumşaq yerdə oturma zamanı taz hissədə daha fəal qan dövranı prosesi və hormanların daha fəal hərəkəti baş verir. Bunun nəticəsində qadın ehtiraslana bilər. O cümlədən, avtomobil sürmək zəif cinsin nümayəndələrində özlərinə qarşı daha çox inam yaradır, özünə qiyməti artırır və daha rahat edir (o cümlədən yataqda da). Həmçinin o faktı da qeyd etmək lazımdır ki, avtomobil - bu bağlı sahədir, kişi və qadının orada tək olduğu zaman onlar arasında cinsi yaxınlığın yarana bilməsi ehtimalı çox yüksəkdir. Avtomobildə seks deyildikdə bir çoxlarının ağlına müxtəlif ehtiras oyunlarının gəlməsi, bəlkə də, bir an məsələsidir.
Son dəbə uyğun geyinmiş və öz gözəlliyinə gözəllik qatan qadın sükan arxasında əyləşir və budur, bir ecazkarlıq nümunəsi. Dodaqları susur və gözləri danışır. Baxışlarında hakimlik duyğusu, hərəkətlərində əminlik hissi. Özünə əmindir və bir qadının özünə əminliyi kişini ehtiraslandıran, ona sahib olmaq istəyini yaradan dərin bir duyğudur. Qadının kişi tərəfindən arzuolunan olması böyük əhəmiyyət daşıyır. Cəmiyyətdə yerini bilməyən kişilər və qadınların olması danılmaz faktdır. Bu tip insanların ucuz fikirləri formalaşdırmasına isə şərait yaratmamaq lazımdır.


Tarix: 10.05.2013 / 20:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 350 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...