beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Katibəsi ilə eşq yaşayan hakimin sonu

qız övladıdır. İki qardaşı isə yaşca ondan çox böyük olduğu üçün atası dünyasını dəyişəndən sonra qayğısını çəkiblər. 2 yaşı olanda onda ürəkkeçmə olduğu aşkarlanıb. Körpəliyindən heç kim onun xətrinə dəyməyib. Orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub.
İkinci kursda oxuyanda Bakının rayon məhkəmələrinin birində katib köməkçisi vəzifəsinə işə düzəlib. Simanın həyatı məhkəmə divarları arasında 1 ay içində dəyişib. Məhkəmə hakimlərinin biri ilə arasında sevgi macərası başlayıb. İlk günlərdə o, özünə qarşı olan münasibəti anlaya bilməyib. Çünki, A. ilə arasında olanlar sevgili münasibətindən çox ata-qız münasibətinə oxşayırdı. Sima ilə A. arasında nə az, nə çox 28 yaş fərq olub. Sonra hiss edib ki, A.-ya aşiq olur.

Bu müddətdə isə qardaşları davamlı olaraq onunla əlaqə saxlayır, maddi və mənəvi bütün qayğılarını çəkirdi. A. 2 aylıq yeknəsək görüşlərdən sonra Simaya ev almağı təklif edir. Onlar bir evdə yaşamağa başlayırlar. Hər gün işdən birlikdə çıxıb Simaya alınan evə gedir, yalnız gecə saatlarında A. ailəsinin, uşaqlarının, nəvələrinin yanına gedir.
Sima bu vəziyyətdən narazılıq etmir. Aralarındakı münasibət, A.nın onun bütün qayğılarını çəkməsi onu razı salır.

Bir neçə aylıq birgə həyatdan sonra Sima hamilə olduğunu anlayır. Onlar birgə abort qərarına gəlirlər.

Sima deyir ki, aborta gedəcəyi gün qorxusundan xəstəliyi haqda A. ya məlumat verməyib. Düşünüb ki, onu aborta getməyə qoymaz.

Simanın abort masasında vəziyyəti pisləşir. Onu əməliyyata götürürlər. Ağır əməliyyatdan sonra 3 gün reanimasiyada qalır. Həkimlər sənədlərindəki ünvanı tapıb ailəsinə xəbər verirlər. Qardaşları onun abort zamanı bu hala qaldığını biləndə dəliyə dönürlər. Məhkəməyə gəlib uşağın atasının kimliyini araşdırırlar. Məhkəmədə bacılarının uzun müddət A. ilə bir evdə yaşadığını deyirlər. Qardaşlar A.-nı öldürmək üçün axtarsalar da tapa bilmirlər. Onu öldürmək üçün tapmasalar da məsələ böyüyür.

A.nı məhkəmədən uzaqlaşdırırlar. Karyerasına bununla da son qoyulur. Lakin məsələ bitmir. Qardaşlar sakitləşmir. Bacılarının xəstəliyinə görə ona yenə də əl qaldırmırlar. Lakin hələ 20 yaşı tamam olmamış qızcığazın atası yaşında kişi tərəfindən aldadılmasına dözə bilmirlər. Bacılarını özləri ilə Rusiyaya aparırlar. Hadisədən təxminən 2 il ötür.

Sima qardaşının dostu ilə ailə qurur. İki övladı dünyaya gəlir. Lakin, başına gələnləri, A.nı unuda bilmir. Ərinə qarşı onda sevgi hissinin olmamasını anlayır. Ailəsi dağılır. Qardaşları ailəsini dağıtdığına görə Simanı bağışlamırlar. İki uşaqla Sima Bakıya gəlir. Maddi problemlərlə tək bacarmadığını anlayır. Gəncəyə, anasının yanına gedir. Gəncədə özünə iş tapa bilməyəcəyini anlayır.

Uşaqlarını anasının yanına qoyub Bakıya iş tapmaq üçün gəlir. Məhkəməyə, keçmiş iş yerinə qayıtmağa isə üzü olmur. Mağazaların birində işə düzəlir. Təhsil aldığı universitetdən isə uzun müddət dərsə getmədiyi üçün çoxdan qovulduğunu öyrənir. Keçmiş rəfiqələri ondan üz döndərir. Bakıdakı kiçik məhəllələrin birində 1 otaqlı, darısqal evə kirayə köçür. 13 saatlıq işdən sonra yorğun gəldiyi evin sahibləri ilə danışmağa heç vaxt həvəsi olmur. Bütün maaşını uşaqlarına göndərir.

Yaşadığı evin sahibəsi yayın başlanğıcında uşaqları ilə birgə rayona istirahətə gedir. Evin digər otaqlarından da istifadə edə biləcəyini deyir. Evdə yalnız ev sahibi Vəli və o qalır. Sima deyir ki, Vəlidən heç vaxt pis münasibət görmədiyinə görə gecələr yatdığı otağın qapısını bağlamağı ağlına da gətirmir. Ancaq onun düşündüyü kimi olmur. Bir gecə Vəli qapının açıq olmasından istifadə edib otağa daxil olur. Ağzını bağlayıb zorlayır...

Vəlinin əlindən canını qurtarıb qaçan Sima bir də o evə ayaq basmır. Bir müddət sonra özünü ələ alıb Vəlinin evinə gedir. Əşyalarını götürmək istəyəndə Vəlinin arvadı onu döyüb qovur. Vəli hər şeyi əksinə danışmışdı: Simanın onu yatağa çəkmək istədiyini, ancaq onun etiraz edib Simanı qovduğunu demişdi. Sima bir də o gündən sonra özü kimi ola bilmir. Gördüyü haqsızlıqlar onu qəddarlaşdırır. İşlədiyi mağazadan çıxır. Evsiz-eşiksiz kafelərdə dolaşır. Gecə klubunda işə düzəlir. Burda Sevinc adlı qadınla tanış olur. Qadın onu Türkiyəyə gecə barlarında işləməyə aparır.

Sima deyir ki, bütün dünyadan heyf çıxmaq istəyib. Qəsdi yalnız öz canına olub. Türkiyədə işlədiyi gecə barında tanış olduğu türk kişi onunla ailə qurmaq istəsə də, bilərəkdən, şüurlu şəkildə öz həyatını məhv edib. Anasına, uşaqlarına isə xəbər göndərib ki, o Almaniyada özünə iş tapıb. Ondan narahat olmasınlar. Hər ay pullarını göndərəcək.

Sima nə uşaqlarına, nə də anasına bu müddətdə maddi çətinlik yaşatmır. Lakin qardaşları ondan birdəfəlik üz döndərir. Bir müddət sonra Bakıda anası və uşaqlarına ev alır. Onları Bakıya köçürdür. Özü isə yalnız iki ayda bir dəfə Azərbaycana gəlib gedir.

Keçmiş isə heç vaxt unudulmur. Öz vəzifəsinə arxayın olub gənc qızı yoldan çıxaran A. isə hüquq sisteminə bir də qayıda bilmir. Ancaq şəxsi biznesini qurub həyatını yaşayır. Heç vaxt ağlına da gəlmir ki, vaxtilə həyatını alt-üst etdiyi qız yenidən ömrünə qayıdacaq.

Simanın anası Zərdab xala illərlə qızının həyatını məhv edən adamın kim olmasını öyrənmək istəsə də, bu haqda ona heç kim heç nə demir. Çünki uzun müddət idi ki, oğlanları ilə əlaqəsi kəsilmişdi. Qızı isə bu haqda qəti şəkildə danışmaq istəmirdi.

Simanın anası Zərdab xalanı uzaq qohumlardan biri qonaq çağırır. Qonaqlıqda məlum olur ki, ev sahibi onun əri ilə eyni sinifdə oxuyub. Münasibətlər getdikcə sıxlaşır. Günlərin birində ev sahibinin arvadı öz problemlərindən, başına gələnlərdən danışmağa başlayır. Söhbətin gedişatı Zərdab xalaya nəsə tanış gəlir. A. nın həyat yoldaşı Həbibə bir neçə il öncə ərinin başına gətirilən "fırıldaqlardan” danışır. Həbibə danışır ki, ərinin vaxtı ilə hakim işlədiyi rayon məhkəmədə əxlaqsız qadın ərinə böhtan atıb. Bunu isə sifarişli şəkildə hazırlayıblar. Məqsəd ərinin karyerasına ləkə atmaq, onu şərləmək olub. Həmin qadının isə sonradan sifarişli olduğu öz təsdiqini tapıb.

Zərdab xala hansı məhkəmə olduğunu, qızın yaşını, hansı rayondan olduğunu soruşur. Onu dəhşət bürüyür. Qızının həyatını alt-üst edən adamın kimliyini müəyyənləşdirir. Dəhşətə gələn qadın o andaca infarkt keçirir. Onu xəstəxanaya çatdırırlar.

Xəstəxanadan çıxdıqdan sonra aylardır ailəvi münasibəti olduğu A. ilə təkbətək danışmaq istəyir. Söhbət göz yaşı, dava-dalaşla keçir. A. qadını inandıra bilir ki, onun heç bir günahı yoxdur. Onun qızını çox sevirdi. Lakin işdən uzaqlaşdırılması, karyerasının bitməsinin günahını onun oğullarında gördüyü üçün Simanı bir daha qəbul edə bilməyib. Şər-böhtan yalanını isə ailəsinə görə uydurub.

A. Zərdab xalaya yalvarıb Simanın yerini soruşur. Öyrəndikdən sonra birbaşa Türkiyəyə yollanır.

Görüş çox çətin baş tutur. Gecə barında qəfildən peyda olan A.nı görən Simanın ürəktutması başlayır. Vəziyyəti ağırlaşır. A. bir də Simanı tərk etməmək qərarına gəlir. Birgə Azərbaycana qayıdırlar. A.nın ailəsi bütün olanlardan xəbər tutduğu üçün ondan ayrılır. A. gecikmiş rəsmi nikaha girir.

Hazırda Sima Bakıda yaşayır. Uşaqları, anası və A. ilə birlikdə... O, üçüncü uşağa hamilədir. Deyir ki, həyatını sanki, abort masasının yaxınlığından geri qayıdıb yenidən yaşayır. Bu illər ərzində A.nı heç vaxt unutmayıb. Onu aldatsa da, tərk etsə də, ürəyi həmişə onunla olub. A. isə yaşının ahıl çağında yenidən özünü xoşbəxt hiss edir. Bütün yaşananlara, ayrılıqlara rəğmən, hər şeyi yenidən başlayıblar. Bu evlilikdən yeganə narazı isə Zərdab xaladır. O, qızının əri ilə eyni sinifdə oxumuş kişi ilə evliliyini qəbul edə bilmir. Deyir ki, hər şey hələ də ona yuxu kimi gəlir.

Sima təhsilini də davam etdirmək istəyir. Bəlkə də, nə zamansa biabırçılıqla ayrıldıqları məhkəmədə yenidən işləyərlər. Özü də birlikdə...

Əziz oxucu, yenidən başlamaq heç vaxt gec deyil. Həyat insanın qarşısına çıxardığı yolların tikansız, düz olmasına heç vaxt qarantiya vermir. Yenidən, yeni səhifədən, tikansız yollar ümidi ilə yaşayaq.


Tarix: 10.05.2013 / 19:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 323 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri