Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi çantalarını necə seçməli

Çantalar haqqında nə bilirik? Yalnız bunu ki,
həmin termin 1900-cü illərdə yöndəmsiz kişi
çantalarının meydana çıxmasından sonra
dəb aləminə ayaq açmışdır. Amma onda
çanta kişi aksessuarı olduğundan kütlələr
arasında elə də populyar deyildi və yalnız
peşəkar təyinatı üzrə istifadə edilirdi. Hətta
sovetlər dövründə də yaraşıqsız portfel
yaxud arxa çantası kişilərin istifadə etdikləri
yeganə çantalar idi.
Zaman keçdikcə dəb aləmində hər şey
dəyişir. Hazırda kişilər öz imiclərinə diqqət
edir və ona müxtəliflik verməyə çalışırlar.
Kişilərə lazım olan aksessuarların sayı
qadınlarınkı ilə müqayisəyə gəlməsə də,
onlar seçimlərində çox həssasdırlar.
Kişi aksessuarlarından biri də çantadır.
Bu gün kişi çantaları mağazalarında
şəmiyyətin bütün təbəqələrindən olan
insanlar çantalara xüsusi diqqət yetirirlər.
Planşet və messencerlərin meydana çıxdığı
internet əsrində portfellər üslubuna və
biçiminə görə fərqlənirlər – hər bir adam
məhz özünə yaraşan modeli seçə bilər.
İşgüzar portfel
İşgüzar obrazınızı yaratmaq üçün təkcə
kostyum kifayət deyildir. Görünüşünüzə
sanballılıq verməkdə bahalı, keyfiyyətli və
rahat portfel sizə kömək edə bilər. Hətta
sizin gündəlik işinizdə portfel lazım olmasa
belə vacib işgüzar görüşə gedəndə siz
kağızlarınızı, yəqin ki, sellafon paketdə yaxud
əlinizdə aparmayacaqsınız. Əgər siz hər
halda portfel almaq fikrinə düşsəniz, küncləri
dəyirmi olanlara diqqət yetirin – bu
mövsümdə onlar çox populyar olacaqdır.
Eyni zamanda dərinin və furniturun (hər
hansı bir istehsalatda, sənətkarlıqda lazım
olan yardımçı materiallar) keyfiyyətini
yoxlayın. Portfel keyfiyyətli açarları və rahat
qulpu ilə yanaşı çox sərt formada olmalıdır.
Çanta-planşet
Belə çanta görəndə biz o dəqiqə
“Ayran” («Простоквашино») cizgi filmindəki
poçtalyon Peçkini və ya avtobus
konduktorlarını xatırlayırıq. Lakin planşeti
olan istənilən gəncə belə aksessuar əldə
etmək zəruridir. Planşetin ölçüləri də kağızın
ölçülərinə — A4 yaxud A5 – tam uyğun gəlir.
Belə çanta istənilən kişi qarderobuna
müxtəliflik gətirəcəkdir.
Messenger Bag
Planşetin bir növü olan çanta-messencer də
tələbələr arasında çox populyardır. Amma
cəmisi yarım əsr əvvəl ondan şalmana
çıxanda bütün lazımi alətlərin əllərinin
altında olması üçün elektriklər və
montyorlar istifadə edərdilər.
Bu gün messencerlər şəhər həyatının vacib
elementlərindən biridir. Əgər siz nə isə ağır
yaxud həcmli bir şey (noutbuk) daşımaq və
hər şeyin yanınızda olmasını istəyirsinizsə,
bu seçimi edin.
Портплед
Əgər siz tez-tez səyahətə çıxırsınızsa, işiniz
ezamiyyətlərlə bağlıdırsa, onda onda yol
çantası olan portpledsiz keçinə
bilməyəcəksiniz. Onun içərisindəki əşyalar
əzilmir və formasını saxlayır. Çamadanlar öz
aktuallığını itirmir, lakin siz uzaq səfərə
hazırlaşırsınızsa, onda kişini qeyri-adi gözəl
göstərən bu çanta sizə əla yaraşacaqdır.
Qaba dəridən hazırlanmış portpled istənilən
kişinin işgüzar kostyumlarını qoruyub
saxlayacaqdır. O istismar zamanı da rahatdır,
belə ki, portpledi həmişə açıq vəziyyətdə
şkafdan asmaq olar. Portpledlər müxtəlif
olur – zövqünüzə uyğun olaraq, çoxlu cibləri
və bölmələri olanları seçə bilərsiniz.
Tote bag
Sonda isə gündəlik istifadə çantası barədə.
Söhbət böyük və tutumlu tote çantasından
gedir. Onu siz alış-veriş üçün götürə
bilərsiniz. Bu gün tote əvvəllər olduğu kimi
sadəcə kisə yox, təbii dəri ilə örtülmüş
çantadır. Müxtəlif rəngli dəri və qulplar
sayəsində müasir “tot”lar ciddi görünür və
işgüzar kostyumla da yaxşı baxılır.


Tarix: 24.03.2013 / 18:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 300 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...