beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişinin qadında ilk diqqət yetirdiyi 6 cəhət

Bu da kişilərin ilk altı saniyədə diqqət yetirdiyi altı cəhət...

Qadınlar kişilərin həmişə çox diqqətsiz olduğundan şikayətlənirlər. Amma ilk təəssürat hər kəs üçün çox əhəmiyyətlidir. Bu diqqətsiz hesab olunan kişilər üçün belə etibarlıdır.

Bir kişi bir qadını gördüyü anda altı saniyə içində altı şey diqqətini çəkər.

Bunların birincisi gülümsəmənizdir. Süni yoxsa təbii gülümsəyirsiniz? Ya da gülümsəməniz günorta yeməyində nə yediyinizi göstərir?

İkincisi saçınız. Qadınların yeganə aksesuarlarından biri olan saçlarının seqmenti, tərzi ya da rəngi kişiləri maraqlandırmır. Onlar yalnız saçınızın yumşaq və gözəl qoxu verməsi ilə maraqlanırlar.

Üçüncüsü isə dekolteniz. Kişilər dekolteyə baxar.

Dördüncüsü makiyajınız. Əgər həddindən artıq makiyajdan istifadə etsəniz, kişilər sizin üzünüzdə bir problem olduğunu və bunu gizlətməyə çalışdığınızı düşünə bilər.

Kişilərin diqqətini çəkən beşinci şey isə dərinizdir. Siz dərinizdəki kiçik bir sızanağı dünyanın ən böyük problemi kimi dərd edə bilərsiniz. Kişilər bunu fərqinə varmayacaq. Amma tez-tez solariuma girsəniz, bu artıq onu narahat edəcək.

İnternetdə rast gəldiyim bir xəbərə görə son olaraq kişi ilk altı saniyədə sizin çantanıza da baxar. Böyük bir çanta daşımanız kişilərin sizə olan baxışını zəiflədər və bütün kosmetoloji vəsaitlərinizi çantanızda daşıdığınıza düşünməsinə səbəb ola bilər.


Tarix: 30.12.2012 / 12:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri