Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Like"Xəstəliyi.

Artıq insanlar sevinclərini, kədərlərini burada yaşayır, düşüncələrini, istəklərini, dostluqlarını, düsmənciliklərini və s. burada ifadə edirlər. Bundan başqa, insanlar karyeralarını belə burada qura biləcək duruma gəliblər. Hətta bura insanlar üçün siyasət meydanına da cevrilib desəm yanılmaram. Bunun kimi bir çox şey sadalamaq olar. Yəni qısası, facebook artıq insanların həyatında ciddi və həlledici rol oynamağa başlayıb və insanların həyatına birbaşa olaraq təsir etməyə baslayıb. Facebook-da bizə musbət təsir edən amillər kimi, mənfi təsir edən amillər də var. Bu amillərdən biri "like” ifadəsidir.

Əgər diqqət etsək, görərik ki, hər yazdığımız statuslarda, paylaşdığımız şəkil və məlumatlarda insanlardan umduğumuz bu ifadə virtual olaraq beynimizin süuraltı hissəsinə həkk olur və nəticədə real həyatımıza transfer olaraq, bizi insanların "like”larına məhkum edir. Bu da səbəb olur ki, istər real həyatda, istərsə də virtual həyatda Allahin razılığı üçün etməli olduğumuz əməlləri ”like”lar üçün edər hala gəlirik.

Şeytan (lən) artıq real həyatda olduğu kimi, virtual həyatda da diqqət etmədiyimiz məsələlərlə bizimlə Allahımızın arasına girir.Əziz islam Peyğəmbərimiz (s) buyurur: "Riyakarlıq - sizin üçün qorxduğum ən təhlükəli günahdır".


Tarix: 10.05.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...