beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gəlinliyin sirləri

Hər birimizə aydın olduğu kimi, ənənəvi olaraq gəlin paltarı ağ rənglə assosiasiya olunur. Gəlin haqqında söz düşərkən biz, ilk növbədə, gözəl və ehtişamlı ağ gəlinlikləri beynimizdə canlandırırıq. Bəlkə də, bu artıq qəbul etdiyimiz bir qayda və vərdiş halıdır. Artıq xanımlar gəlinlik seçərkən başqa rənglərə də üstünlük verirlər, ancaq yenə də ağ rəngli gəlinliklər liderliyini qoruyur. XVI-XVII əsrlərdə ağ rəngli gəlinlikləri yalnız ömrünü Tanrıya xidmət etmək üçün kilsə həyatını seçən qızlar geyinə bilərdi. “Adi” qızlar isə çəhrayı və ya açıq mavi rəngli gəlinliklər geyinirdilər. Tünd və qara rənglər isə ümumiyyətlə, istifadə olunmurdu.

Həmçinin, müxtəlif ölkələrdə fərqli rəngli gəlinliklər mövcud olmuşdur. Fransada belə bir inanc formalaşmışdır ki, əgər qız bənövşəyi rəngdə gəlinlik geyinərsə, əri onu bütün ömrü boyu sevəcək. İrlandiyadakı qızlar isə istisnasız olaraq yaşıl gəlinlik geyinərmişlər. Çünki bu rəngin xoşbəxtlik gətirəcəyinə inam böyük olmuşdur. Ağ rəngli gəlinliklərin nə zamandan istifadə olunması ilə bağlı həqiqətə uyğun iki fərziyyə mövcuddur.

Birinci fərziyyə budur ki, XVII əsrin ortalarında şahzadə Viktoriya toya ağ rəngli paltar geyinmişdir. Təbii ki, bundan sonra bütün qadınlar onun bu hərəkətini təkrarlamağa başladılar.

İkinci versiyaya görə isə, belə bir ehtimal mövcuddur ki, ağ paltar dəbini Anna Avstriyskaya gətirmişdir (Anna Fransa kralı XIII Lüdovikin həyat yoldaşı idi. Eyni zamanda Avstriyskaya epiteti onun Qabsburq sülaləsinə mənsubiyyətini göstərmişdir). Tarixi faktlara əsasən, onun paltarı o qədər qəşəng olmuşdur ki, Fransanın ali təbəqəsini təmsil edən bütün qadınlar şahzadəyə bənzəməyə çalışırdılar. Daha sonralar isə bu dəb İspaniya, İngiltərə və Portuqaliyaya keçmişdir.

Qədim Romada gəlinliklərin rəngi sarı idi. Orta çağlarda isə gəlinliyin rəngi məsələsinə o qədər də fikir vermirdilər. Parçanın keyfiyyətli və göstərişli olması daha önəmli idi. Hər kəs ən yaxşı paltarlarını geyinirdi, rəng də hər kəsin öz seçiminə görə idi. Ağ gəlinlik adətinin dəbə düşməsi XVI yüzillikdə olmuşdur. Bu illərdə kral ailəsi gəlinlərinin gümüşu rəngdə gəlinlik geyinmələri ənənə idi. Kraliça Viktoriya bunu rədd etdi və ağ gəlinlik geyinməkdə israr etdi. Bundan sonra ingilis və fransız yazıçılar ağ rəngin məsumiyyətin simvolu olduğu mövzusunda yazmağa başladılar. Əxlaqi baxımdan bakirəlik evliliyin əsas şərti olduğu üçün ağ gəlinlik adəti yayıldı.

Evlənərkən ağ geyinmək gənc qızların bəkarətlərini cəmiyyətə elan etmələrinin vasitəsi oldu. Gəlinliklə bağlı bəzi batil inanclar da var. Bunlara görə bir qızın gəlinliyini özü tikməsi, bəyin toydan öncə onu gəlinliklə görməsi, gəlinliyini toydan qabaq geyinməsi uğursuzluq gətirir.


Tarix: 30.12.2012 / 12:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 556 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri