beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonda Ölən Ümidlərdir.

Sonda ölən ümidlərdir... Bu kəlmələr hamıya doğmadır. Belə ki, bir çoxlarımız yaxınlarımızın pis halını təsəlli edərkən bu və bu kimi ifadələri geniş işlədirik. Allahdan ümid kəsilməz, ümidsizlik günahdır və s. ifadələr də bu qəbildəndir.



Elə çoxlarımızı həyata bağlayan da məhz bu ifadələrdir. Əslində ümid, xəyal, arzu, istək bir-biri ilə bağlı olaraq insanın həyatı yaşama motivasiyasını təşkil edirlər. Məhz buna görədir ki, ümidlər puç olanda bir çoxlarımız bu depresyonu adlamaqda zorluq çəkirik. Mənəviyyat dolu yaşam tərzi keçirənlər isə digərlərinə nisbətən bu puçluq şokunun təsirinə az düşürlər. Belə ki, başımıza gələn hər bir hadisədə bir hikmət var deyib, keçənlər daha tez rahatlıq əldə edirlər. Hər halda həyat necə deyərlər surprizlərlə doludursa, bu sürprizlərin yaxşı və pisliyindən asılı olmayaraq, başa gələcək hər bir hadisəyə hazır olmaq da lazımdır. Ən azından ehtiyatlılıq prinsipinə əsasən. "Yaxşı sürprizlər həmişə yaxşıdır” baxışına əsasən, özü haqqında "-" yük formalaşdırmağa zəmin yaratmır. Amma bu həyatda rastlaşacağımız pis surprizlər də hədəf və təsir baxımından bir-birindən fərqlənirlər. Məsələn başımıza gələcək bir pis hadisənin səbəkarı vaxtı ilə yaxşılıq edib - zəhmət çəkdiyimiz şəxs və ya şəxslər olarsa (bilməməzlikdən baş verən pislik istisnadır) bunun nəticələri lap pis olur. Belə hadisələr istər həmin şəxsə qarşı düşmənçiliyin formalaşması, istər insanlığın ölməsi, istərsə də cəmiyyətdə yaxşılıqların itməsi və ya ətrafdakılara qarşı etibarsızlıq sindiromu və sair bu kimi pis xislətlərin yayılmasını sürətləndirə bilər. Ən az təsüflənən şəxs belə hadisədən sonra boşuna sərf etdiyi illəri və ya səbəbkarlara çəkdiyi zəhmətləri xatırlayanda ani də olsa sıxıntıdan sığortalanmır.

Əslində birilərinə əziyyət çəkib bir yerlərəcən qalıdırdıqdan sonra əvəzində pisliklə qarşılaşan şəxslərin halı daha acınacaqlıdır. Günümüzdə ən çox rast gəlinən hallar da məhz belə hadisələrdir. Məsələn, bir şirkət rəhbəri yaxın bildiyi yoldaşı özü yetişdirib bir səviyyəyə çatdırır ki, artıq o, sərbəst işlər görə bilər. Rəhbərində zatən ümidi onun sərbəst fəaliyyətindən yararlanmaqdır təbii ki, xidmətinin qiymətləndirilməsi çərçivəsində. Bədbəxtçilik ondadır ki, işçi şirkəti tərk edib rəhbərin ümidlərini puç edə. Məqsədim bütün bu cür proseslərin - ümidlənmənin sonunun yuxarıdakı kimi nəticədən ibarət olduğunu demək deyil. Belə ki, yetərincə əməyi boşa verməyən yoldaşlar da tanıyıram. Hər halda bir pis hadisə paralel olaraq bir neçə yaxşı hadisə ilə gündəm yaradıb, önə də çıxa bilir. Çalışaq bu fani həyatda kimlərsə üçün pis surprizlərin səbəbkarı olmayaq.

Son olaraq uşaqlıqda əzbərləyib hələ də unutmadığım bir ibarə ilə mövzunu bitirmək istəyirəm.

Kimə öyrətdimsə ox atmağı mən,

Axırda qəlbimi aldı nişanə.


Tarix: 10.05.2013 / 19:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 103 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri