beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xoşbəxt evliliyin 16 sirri

Yoldaşınızla xoşbəxt evliliyi bilməniz üçün bəzi xüsuslara və qaydalara diqqət yetirməyiniz lazımdır. Xoşbəxt evliliyə sahib olmaq üçün lazım olan qaydaları məqaləmizdən öyrənə bilərsiniz.
Yoldaşınıza qarşı hər vaxt diqqətli olun. Hər vaxt baxımlı görünün. Gözəl qoxun, təmiz olun və ən gözəl paltarları əvvəl özünüz sonra yoldaşınız üçün geyinin.
Özünüz və yoldaşınız üçün yaxşı paltarları indi geyinməyib bəs nə vaxt geyinəcəksiniz?!
Yoldaşınıza qarşı gülər üzlü olun.
Onun yanında mümkün olduğu qədər şən və müsbət enerjili olmağa çalışın. Unutmayın ki, heç kim həmişə qaşqabağını tökən bir yoldaşa sahib olmaq istəməz.
Ac olarkən, yorğunkən, həddindən artıq əsəbi olanduqda, avtomobil idarə edərkən və başqalarının yanında mübahisəyə girməyin. Çünki adam ac və yorğunkən daha dözümsüz olur.
Həddindən artıq əsəbi olduqda isə daha sonra peşman ola biləcəyi bir çox şey ağızdan qaça bilər.
Avtomobil istifadə edərkən mübahisə mövzusunda təkcə bunu deyə bilərəm ki, həm öz təhlükəsizliyinizi həm başqalarının təhlükəsizliyini təhlükəyə atmağa ehtiyac yoxdur…
Romantik mühitlər yaradın, yoldaşınızla uşaqlarsız baş-başa qalmağın yollarını axtarın.
Yoldaşınızın ailəsi ilə yaxşı əlaqələr qurun. Yoldaşlarıyla yaxşı dolanın. Yaxınlarına yaxın davranın.
Unutmayın ki ailə və yaxın ətrafın fikirləri adamın üzərində çox əhəmiyyətli təsirə malikdir.
Yoldaşınızdan gününün necə keçdiyini soruşun. Çətinlik və problemlərini paylaşın.
Xüsusilə çətin zamanlarında yoldaşınızın yanında olduğunuzu və onu hər vaxt dəstəklədiyinizi hiss etdirin.
Onun düşüncə və duyğularına hörmət edin.
Unutmayın, hər kəs sizin kimi düşünmək məcburiyyətində deyil. Eynilə hər kəs kimi düşünmək məcburiyyətində olmadığınız kimi.
Onun özünə etibarını artırmaq üçün komplimentlər edin.
Yoldaşınız komplimentləri başqalarından deyil sizdən eşitsin.
Onunla keçirdiyiniz zamanın gözəl keçməsinə diqqət edin….
Darıxdırıcı həyat evliliyin ən böyük düşmənidir bunu unutmayın.
Yoldaşınıza qarşı hər vaxt nəzakətli. Ədəb qaydalarına diqqət yetirin.

Yoldaşınızın gözündə həmişə xanım olun…
Əlaqənizlə və duyğularınız haqqında yoldaşınızla danışın. Ancaq bunun dozasını yaxşı nizamlayın.
Unutmayın ki kişilər, yoldaşlarının özləriylə əlaqələri haqqında danışarkən “problem var?” narahatlığını yaşayarlar.
Qadınlar isə danışmaqdan zövq alarlar. Buna görə dozanı diqqətlə nizamlayın.
Xüsusilə başqalarının yanında yoldaşınızı əsla tənqid etməyin. Əksinə başlarının yanında yoldaşınızı tərifləyin.
Nə qadınlar nə də kişilər, başqalarının yanında özlərini tənqid edən yoldaşlarını bağışlamazlar.
Yoldaşınıza hörmət edin. Yoldaşınıza hörmət edərək bəzi mövzularda bir pərdə saxlamağınız düşünürük ki, əlaqənizdə çox faydalı olacaq.
Yaxşı bir cinsi həyatı təmin edin..
Xoşbəxt evliliyin ən əhəmiyyətli şərti yaxşı və nizamlı bir cinsi həyatdır. Aparılan araşdırmaya görə yaxşı cinsi həyata sahib heç bir cüt boşanmır.
Cinsəlliyi bir cəza olaraq istifadə etməyin. Yataqları ayırmaq evlilik üçün ediləcək ən böyük səhvdir…
Son olaraq, xoşbəxt olmaq istəyirsinizsə, xoşbəxt bir yoldaş seçin. Və əgər bədbəxt bir yoldaşınız varsa, öz xoşbəxtliyiniz üçün onu xoşbəxt etməyin yollarını axtarıb tapın.


Tarix: 25.12.2012 / 21:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 461 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri